Redaktor
"Express Bank" müştərilərindən 64 mln. manatdan çox faiz yığıb
"Express Bank"ın 2024-cü ilin dekabrında başa çatan IV rübdə toplamda 68.mln 482.22 min manat faiz gəliri əldə edib ki, bunun da 64 mln. 109.86 min manatı müştərilərinə verdiyi kreditlər üzrə faiz gəlirlərinin payına düşüb.
Valyuta.Az xəbər verir ki, bankın müştərilərinə verdiyi kreditlər üzrə faiz gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 13 mln. manat daha çoxdur. 2023-cü ilin IV rübündə bu rəqəm 51 mln. 177.32 min manat idi.
Bankın faiz xərclərində də milyonluq artım qeydə alınıb. Belə ki, 2023-cü ili IV rübündə 15 mln. 516.31 min manat olan faiz xərcləri 2024-cü ilin IV rübündə 19 mln. 787.36 min manat səviyyəsinə yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 2023-cü ilin IV rübü ilə müqayisədə 9 mln.163.78 min manatdan 11 mln. 892.79 min manata, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri isə 1 mln. 727.23 min manatdan 3 mln. 480.63 min manata qədər artıb.
Bankın qeyri-faiz xərclərində 6 mln. manatdan çox artım qeydə alınıb. Belə ki, bankın ümumi qeyri-faiz xərcləri 2023-cü ilin IV rübündə qeydə alınan 42 mln. 571.48 min manatdan 48 mln. 852.23 min manata qədər yüksəlib.
Əmək haqqı və digər kompensasiya xərcləri 19 mln. 843.54 min manatdan 23 mln. 095.49 min manata, ümumi və inzibati xərclər 6 mln. 956.83 min manatdan 7 mln. 498.78 min manata, digər xərclər isə 13 mln. 735.61 min manatdan 16 mln. 463.04 min manata qədər yüksəlib.
Qiymətli kağızlardan əldə edilən faiz gəlirləri isə 2 mln. 520.45 min manat təşkil edib. Qeyd edək ki, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 4 mln. 452.90 min manat idi.
Bunların nəticəsi olaraq da bankın IV rüb üzrə xalis mənfəəti isə 11 mln. 237.53 min manata düşüb. Xatırladaq ki, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 12 mln. 015.01 min manat təşkil edib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGoogle çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyəı qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026