Qadınların iş saatının azaldılması onların işə qəbuluna necə təsir edər?

Redaktor

24.05.2024 18:45
725

Qadınların iş saatının azaldılması onların işə qəbuluna necə təsir edər?

Bu gün Milli Məclisin iclasında deputat Tahir Rzayev təklif edib ki, evli və uşaqlı qadınlar işə bir saat tez gəlib, elə bir saat tez getsin. Deputat bunu onunla əsaslanıdırıb ki, qadınlar ailə qayğılarından özlərinə ayırmağa zaman tapmırlar, buna görə də onlara iş saatında güzəşt tətbiq edilməlidir. 

Deputatın səsləndirdiyi təklif isə insanlar arasında müxtəlif fikir ayrılıqlarına səbəb olub. Bəziləri onu dəstəkləyirlərsə, bir çox şəxs isə belə bir qanunun olmasının insanların əmək hüququnun pozulması ilə nəticələnəcəyini, kişi və qadın arasında diskriminasiyaya səbəb olacağını düşünür. 

Azərbaycanda qadınların iş saatının azaldılması ilə bağlı qanun qəbul edilə bilər?

Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli qeyd edib ki, hər bir təklifdə həm sosial, həm iqtisadi yanaşmalar əsas götürülməlidir:

"Sosial baxımdan bu təklif maraqlı görünür, amma biz qadınların daha çox əmək bazarına inteqrasiya etməsini düşünürük, müxtəlif sahələrdə çalışmağını istəyirik. Qeyd edim ki, Azərbaycan qanunvericiliyinə görə, hamilə və 3 yaşadək uşağı olan qadınlara iş saatları ilə bağlı müəyyən güzəştlər tətbiq olunur".

İqtisadçı düşünür ki, belə bir qaydanın tətbiqi xanımların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər:

"Çünki sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Digər tərəfdən hər hansı bir işdə işləyən şəxsin əmək funksiyaları olur. Onların isə iş saatı qısalanda, onun əmək funksiyalarını digər əməkdaş yerinə yetirməli olur. Hesab edirəm ki, bu da əmək bazarına mənfi təsir göstərə, kişilərin daha çox işə cəlb olunmasına səbəb ola bilər. Bu həm də gizli diskriminasiyadır. Çünki bu gün ölkədə kişi və qadın hüquqlarının bərabərliyi uğrunda məsələlər qaldırılırsa, gender bərabərliyi deyilirsə, qadınlarla kişilərin əmək hüquqlarında bir fərq olmamalıdır". 

Eyyub Kərimli deyib ki, belə bir qanunun qəbul olunması həmin qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər:

"Bu gün biz onsuz da bəzi sahələrdə qadınların daha az əməyə cəlb edilməsini müşahidə edirik. İş saatlarının azaldılması, həm əmək bazarına, həm də məşğulluğa mənfi təsir göstərə bilər".

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb

13.06.2026

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

13.06.2026
Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

13.06.2026

İşıq vasitəsilə internet: Wi-Fi-ni əvəz edəcək 362 Gbit/s sürətli texnologiya

12.06.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Məzənnə

Yüklənir...