Redaktor
İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Valyuta.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb. 1977-ci ilin aprelində fəaliyyətə başlayan zavodda elektrotexnika sənayesi məhsulları və xüsusi təyinatlı məhsullar istehsal edilib. İlk illərdə burada mühərrikli qayıqlar üçün "Taxometr-spidometr" məhsulları hazırlanıb.
Zavodun əsasını qoymuş ümummilli lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodunun nazirliyin tabeliyinə verilib.
Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.
Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidənqurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır. Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABB-nin xalis mənfəəti 14 faiz, əməliyyat xərcləri isə 20,4 faiz artıb
13.01.2026Səbinə Bağırova şöbə müdiri təyin edildi
13.01.2026
İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
13.01.2026Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub
13.01.2026"OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək
13.01.2026"Paramount" "Warner Bros. Discovery"ni məhkəməyə verdi
13.01.2026“Unibank”ın mənfəəti artıb, lakin faiz xərcləri marjanı sıxışdırır
13.01.20262026-cı ildə smartfonların orta qiyməti təxminən 25 faiz artacaq
13.01.2026"App Store" inkişaf etdiriciləri 550 milyard dollar gəlir qazanıb
13.01.2026Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldılıb
13.01.2026
Əliağa Əzizov rəis müavini təyin olundu
13.01.2026Sponsorluq biznesə nə qazandırır?
13.01.2026Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®
13.01.2026Bu avtobuslarda gedişhaqqı artdı
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026