Özünü motivasiya üçün 10 ən yaxşı kitab

Redaktor

19.11.2025 01:15
1,197

Özünü motivasiya üçün 10 ən yaxşı kitab

Kitablar insanın ən yaxşı dostudur. Özünüinkişaf və motivasiya janrında olan kitablar insan həyatının müxtəlif sahələrində mühüm rol oynayır. İstər özünəinam və özünəgüvən azlığı, istərsə də depressiya, özünə nəzarət və ya yeni bir dil və ya sahə öyrənmək istəyi ilə qarşılaşdıqda bu kitablar faydalı olur.

Uğur üçün mütləq oxunmalı motivasiya kitabları

Valyuta.az aşağıda özünü motivasiya üçün ən yaxşı 10 kitab təqdim edir:

1. "Müsbət düşüncənin gücü" ("The Power of Positive Thinking") — Norman Vinsent Pil (Norman Vincent Peale)
Bu kitab optimist olmağın insanın həm sağlamlığına, həm də xoşbəxtliyinə necə müsbət təsir etdiyini izah edir. Müəllif, həyatda uğur qazanmaq üçün enerjini artıran və həyata ümid verən praktiki texnikalar təqdim edir.

2. "Sürəklə irəli" ("Drive") — Daniel H. Pink
Daniel Pink bu kitabda motivasiyanın müxtəlif mənbələrdən gəldiyini izah edir. Əsl motivasiyanın insanın daxili istəklərindən və özünü tanımasından qaynaqlandığını vurğulayır.

3. "Xırda şeyləri dərd etmə" ("Don’t Sweat the Small Stuff") — Riçard Karlson (Richard Carlson)
Bu kitabda müəllif həyatdakı kiçik şeylərin insanın psixoloji vəziyyətinə mənfi təsir etməməsi üçün məsləhətlər verir. Zehni boşaltmaq və daxili sakitliyi qorumaq motivasiyanın əsas amillərindəndir.

4. "Dünyanın ən böyük satıcısı" ("The Greatest Salesman in the World") — Oq Mandino (Og Mandino)
Həfid adlı kasıb dəvəçi oğlanın uğur hekayəsini izah edən bu kitab, insanın öz həyatını dəyişməsi üçün motivasiya mənbəyidir.

5. "İnsan düşündüyü kimidir" ("As a Man Thinketh") — Ceyms Allen (James Allen)
Bu 1903-cü ildə yazılmış ədəbi esse insanın həyatındakı bütün vəziyyətlərin öz düşüncələrinin məhsulu olduğunu və səbirli şəkildə düşüncələrini idarə edərək həyatda dəyişiklik edə biləcəyini izah edir.

6. "Daxildənki nəhəngi oyat" ("Awaken the Giant Within") — Entoni Robbins (Anthony Robbins)
Psixologiya üzrə mütəxəssis olan Robbins, emosiyalar, bədən, münasibətlər, maliyyə və ümumilikdə həyat üzərində nəzarət qurmağın yollarını öyrədir.

7. "Düşün və zəngin ol" ("Think and Grow Rich") — Napaleon Hill (Napoleon Hill)
Bu kitab təxminən 40 milyonerin həyatını araşdıraraq onların düşüncə tərzlərini və uğur formullarını izah edir.

8. "Dostu necə qazanmalı və insanlara təsir etməli" ("How to Win Friends and Influence People") — Deil Karnegi (Dale Carnegie)
1936-cı ildən bu günə qədər milyonlarla nüsxəsi satılan bu kitab insanlar arasında uğurlu ünsiyyət qurmağın sirlərini izah edir.

9. "Yüksək effektivliyə sahib insanların 7 vərdişi" ("The 7 Habits of Highly Effective People") — Stiven Kovi (Stephen Covey)
Bu kitab sağlam vərdişlərin formalaşdırılması və şəxsi inkişaf üçün motivasiya qazandırmaq baxımından əhəmiyyətlidir.

10. "İstedad qiymətləndirilmir" ("Talent Is Overrated") — Cef Kolvin (Geoff Colvin)
Müəllif bu kitabda uğurun istedaddan deyil, davamlı çalışmaq və təcrübə toplamaqdan gəldiyini müdafiə edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən uğurlu insanlarının əsas xüsusiyyətləri

27.06.2026

Dünyanın ən lüks saat brendləri

27.06.2026
Bakıda startapçılar üçün unikal imkan: ABŞ vençur fondunun direktoru Bakıda seminar verir

Bakıda startapçılar üçün unikal imkan: ABŞ vençur fondunun direktoru Bakıda seminar verir

27.06.2026

Satış idarəetməsində uğurun 10 əsas amili

27.06.2026

“Bitbank” kriptobirjası 289 milyon dollara satıldı

27.06.2026

Yeni başlayanlara: karyera qurmağın 9 qızıl qaydası

27.06.2026

Bazar günü yağış yağacaq

27.06.2026

May ayında Azərbaycanda ödəniş kartlarının sayı artıb

27.06.2026

Fiziki şəxslərin müddətli əmanətlərinin həcmi açıqlanıb

27.06.2026

“SpaceX” Nasdaq-100 indeksinə daxil olub

27.06.2026

OpenAI GPT-5.6 modelini məhdud şəkildə istifadəyə verdi

27.06.2026

“Google” Android üçün ayrıca “Google Finance” tətbiqini təqdim edib

27.06.2026

“YouTube Shorts” videolarında sürəti artırmaq mümkün olacaq

27.06.2026
Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

27.06.2026

Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı

26.06.2026

"Swatch Group" "Samsung"a qarşı ticarət nişanı iddiası qaldırıb

26.06.2026

İqtisadiyyatdan İT-yə keçən sahibkar ən yaxşı 15 startapdan birini yaratdı

26.06.2026

Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR

26.06.2026

Tənha insanlar niyə daha çox pul xərcləyirlər?

26.06.2026

Milyarder olmaq istəyirsiniz? Dünyanın ən varlı 1 faizinin uğur sirlərini öyrənin

26.06.2026

Məzənnə

Yüklənir...