Özünəxidmət terminallarında daha çox sifariş veririk

Redaktor

29.01.2026 21:22
67

Özünəxidmət terminallarında daha çox sifariş veririk

Yəqin ki, “McDonald’s”, “KFC” və ya digər böyük restoranlarda özünəxidmət sensor ekranlarından istifadə etmisiniz. Bu ekranlar sifariş verməyi həm sürətli, həm də rahat edir. Elmi araşdırmalar da göstərir ki, insanlar bu terminallardan istifadə edərkən kassada olduğundan daha çox pul xərcləyirlər.

Bu terminallar sensor ekranlı kiosklar şəklindədir və dünya təcrübəsində “fast-food” şəbəkələrindən tutmuş kitabxanalara qədər hər yerdə istifadə olunur. Bu böyük ekranların restoran və mağaza şəbəkələri arasında populyarlaşmasının əsas səbəblərindən biri satışları artırmasıdır.

Bu artım davranış elmi ilə bağlıdır. Davranış elmi insanların necə davrandığını və onları seçim etməyə vadar edən amilləri öyrənir.

Buna dair İngiltərənin Mersisayddakı şirkətlərinin birində araşdırma aparılıb. Rəhbər şəxslərindən biri bildirir ki, bu terminalların satışları artırmasının bir neçə səbəbi var:

“Birincisi, insanla üz-üzə danışmaq və mühakimə olunmaq psixologiyasını aradan qaldırırsınız. İnsanlar əlavə məhsul sifariş edərkən özünü rahat hiss edir”.

Məsələn, “Əlavə kartof istərdiniz? Böyük ya kiçik istərdiniz?” suallarına bəziləri mühakimə olunma qorxusuna görə “yox” deyə bilər.

Terminallarda məhsulların cəlbedici şəkilləri göstərilir, onların tərkibi və əlaqəli digər məhsullar barədə məlumat var. Bundan əlavə, sifariş prosesinin hər mərhələsində əlavə satış təklifləri təqdim olunur. İnsan vaxt məhdudiyyəti yaşamır və mühakimə olunmadığını hiss etdiyi üçün bu təkliflərə “bəli” deməyə daha meyllidir.

Araşdırmalar da bunu təsdiqləyir. Xarici texnologiya şirkətinin məlumatına görə, müştərilərin 61%-i kassaya nisbətən terminalda daha çox pul xərcləyir. Hər sifariş üzrə xərclənən məbləğin 40%-ə qədər artdığı bildirilir.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...