Redaktor
Otuz min sakini var, ildə 170 min turist qəbul edir
Qalapaqos adalarından birində cəmi 30 min nəfər yaşayır, lakin adanı ildə təxminən 170 min turist ziyarət edir.
Valyuta.az CNN telekanalına istinadla xəbər verir ki, turist axını nəticəsində adaya dəyən ekoloji zərərin qarşısını almaq üçün bu ildən etibarən giriş haqqı iki dəfə artırılacaq. Bu, 1998-ci ildən bəri Qalapaqosa giriş qiymətində ilk bahalaşmadır.
Ekvador Turizm Nazirliyi 2024-cü il avqustun 1-dən qüvvəyə minəcək yeni rüsumları açıqlayıb. Argentina, Braziliya və Perunun da daxil olduğu “Mercosur” ticarət blokunun digər üzvləri istisna olmaqla, demək olar ki, bütün ölkələrin vətəndaşları üçün giriş haqqı 100 dollardan 200 dollara qaldırılacaq. Blokun üzvləri üçün isə qiymət dəyişməz qalır.
Qeyd edək ki, Qalapaqos yüzdən çox adalarla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir. “Canlı muzey” adlanan adalarda çoxlu nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar növləri yaşayır. Arxipelaqda elmi kəşflər hələ də davam edir. Ötən il burada yaşının minlərlə il olduğu güman edilən və elmə məlum olmayan yeni mərcan növü tapılıb. 2021-ci ildə UNESCO-nun dərc etdiyi hesabatda Ekvador hökuməti qanunsuz balıq ovunu azaltdığına və invaziv növlərin populyasiyasını nəzarətdə saxladığına görə təqdir edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026