Nvidia “Synopsys”ə 2 milyard dollar investisiya edib

Redaktor

02.12.2025 17:58
316

Nvidia “Synopsys”ə 2 milyard dollar investisiya edib

ABŞ-ın “Nvidia” şirkəti çip dizaynı üçün proqram təminatı hazırlayan “Synopsys”in səhmlərinə 2 milyard dollar investisiya edib.

Valyuta.az “Forbes”a istinadən xəbər verir ki, şirkətlər elmi-tədqiqat qruplarının yeni məhsulları daha dəqiq, daha sürətli və daha az xərclə layihələndirməsinə, modelləşdirməsinə və sınaqdan keçirməsinə imkan verəcək strateji tərəfdaşlıq elan ediblər. “Nvidia” şirkəti “Synopsys”in səhmlərini bir ədəd üçün 414,79 dollar qiymətinə alıb.

Şirkətlərin birgə bəyanatında tərəfdaşlığın tədqiqat və inkişaf sahəsində əhəmiyyətli üstünlüklər yaradacağı bildirilib. Qeyd olunub ki, bu əməkdaşlıq nəticəsində əvvəlcə həftələrlə vaxt aparan işləri artıq bir neçə saat ərzində yerinə yetirmək mümkün olacaq.

“Nvidia”nın baş direktoru Censen Huanq CNBC-yə açıqlamasında bu əməkdaşlığı “möhtəşəm razılaşma” adlandırıb. Onun sözlərinə görə, bu tərəfdaşlıq çip dizaynı və mühəndislik sahəsində inqilab yaratmağa hesablanıb. “Synopsys”in baş direktoru Səssin Qazi də qeyd edib ki, tərəfdaşlıq sayəsində bir vaxtlar uzun müddət tələb edən işlər xeyli sürətlənəcək.

CNBC bildirir ki, “Nvidia” süni intellektin sürətli inkişafı fonunda ən çox fayda əldə edən şirkətlərdən biridir. Şirkət süni intellekt modellərinin hazırlanması və təlimində əsas rol oynayan qrafik prosessorlar (GPU) istehsal edir. Censen Huanq deyib: “Biz artıq ənənəvi mərkəzi prosessorlara əsaslanan hesablama üsulundan qrafik prosessorlar üzərindən həyata keçirilən sürətli hesablama üsuluna keçid edirik. Dünya yeni hesablama modelinə keçir.”

Məlumatın yayılmasından sonra “Synopsys”in səhmləri 4%, “Nvidia”nın səhmləri isə 1% artıb. CNBC əlavə edir ki, bu iki şirkət uzun müddətdir əməkdaşlıq edir və yeni açıqlama mövcud tərəfdaşlığın inkişafıdır.

Qeyd edək ki, “Nvidia” 2026-cı maliyyə ilinin üçüncü rübü üzrə maliyyə hesabatını noyabr ayında təqdim edib. Şirkətin gəliri analitiklərin gözləntilərini üstələyib və dördüncü rüb üçün də güclü proqnoz verilib. İllik müqayisədə “Nvidia”nın gəliri 62% artaraq rekord 57 milyard dollara çatıb. Xalis mənfəət isə 65% artaraq 31,91 milyard dollar təşkil edib. Düzəliş olunmuş hər səhmə mənfəət 1,3 dollar olub. LSEG tərəfindən sorğulanan analitiklər 54,92 milyard dollar gəlir və hər səhmə 1,25 dollar mənfəət gözləyirdi.

Xatırladaq ki, oktyabrın sonunda “Nvidia” bazar dəyəri 5 trilyon dollara çatan ilk ictimai şirkət olub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Avtomobillərdə bir dövrün sonu: Kapotu açanda həmin çubuğu niyə görmürük?

19.01.2026

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

19.01.2026

Məzənnə

Yüklənir...