Redaktor
Nəqliyyat sektorunda çalışanların maaşı nə qədərdir? - CƏDVƏL
Nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqısı açıqlanıb.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu sahədə işləyənlərin orta aylıq maaşı 1 529,8 manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 168,4 manat artım deməkdir ki, bu da 12,36% yüksəliş şəklində qeydə alınıb.
Ötən ilin müvafiq dövründə orta aylıq əməkhaqqı 1 361,4 manat olub.
Qeyd edək ki, bu sahə üzrə ən çox əməkhaqqı alan sektor işçiləri qaz kəməri sahəsindədir. Cari ilin ilk 9 ayı üçün onların orta aylıq əməkhaqqı 2405,2 manat olub. Bu hesabatın tam əksi olaraq ən az əməkhaqqı alan nəqliyyat sektoru işçiləri isə poçt və kuryer fəaliyyəti ilə məşğul olan işçilər olub ki, onlar üçün müəyyən edilmiş orta aylıq əməkhaqqı 655,4 manat olub.
| Sektor | 2025 | 2024 |
|---|---|---|
| Cəmi | 1529,8 | 1361,4 |
| Yerüstü və boru kəməri nəqliyyatı | 1212 | 1112,3 |
| Dəmir yolu | 1435,6 | 1420 |
| Metro | 1325,9 | 1241,5 |
| Avtomobil | 1018,7 | 919,1 |
| Boru kəməri | 2291,4 | 2127,1 |
| Neft kəməri | 2021,3 | 1862,5 |
| Qaz kəməri | 2405,2 | 2250,5 |
| Dəniz nəqliyyatı | 2354,9 | 2231,4 |
| Hava nəqliyyatı | 2477 | 1990,9 |
| Anbar təsərrüfatı və yardımçı nəqliyyat | 1361,8 | 1285,3 |
| Poçt və kuryer fəaliyyəti | 655,4 | 591,4 |
| Valyuta.Az | 04.12.2025 |
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
20.01.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026