Neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektor - <span style="color: #ff0000;">Statistika</span>

Redaktor

07.02.2022 15:28
486

Neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektor - Statistika

“Bu, əvvəlki il ilə müqayisədə 0.6 faiz azdır. 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Dövlət Statistika Komitəsinin 2021-ci ildə 414,2 min xaricinin Azərbaycan hotellərində gecələməsi ilə bağlı məlumatını şərh edərkən deyib. Deputat bildirib ki, hotellərdə gecələyən əcnəbilərin 15,5 faizi Türkiyə, 11,0 faizi Rusiya, 9,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,1 faizi Böyük Britaniya, 3,8 faizi İsrail, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi ABŞ, 2,8 faizi İtaliya, 2,7 faizi Almaniya, 2,0 faizi Qətər, 1,9 faizi Hindistan, 1,5 faizi Ukrayna, 1,4 faizi Niderland, 1,2 faizi Qazaxıstan, 1,2 faizi İran,1,1 faizi Belarus, 1,1 faizi Küveyt, 1,0 faizi Gürcüstan, 1,0 faizi Fransa, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb:

“Burada diqqəti çəkən digər məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir. Ötən il ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxtda gecələyiblər. Belə ki, əcnəbilərin 81,1 faizi Bakı, 6,6 faizi Qəbələ, 3,0 faizi Qusar, 2,6 faizi Quba, 1,9 faizi Naftalan, 1,7 faizi Naxçıvan Muxtar Respublikası, 1,6 faizi Şabran, 1,5 faizi isə digər şəhər və rayonlarda yerləşən hotellərdə qalıblar. Bu isə o deməkdir ki, 2021-ci ildə ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.

Vüqar Bayramov hesab edir ki, hotellərin fəaliyyəti ilə bağlı digər məqam 2021-ci ildə  gəlirlərinin əvvəlki ilə nisbətən artmasıdır:

“Belə ki, ötən il mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olub. Bunun da 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib”.

Deputatın fikirincə, 2021-ci ilin yekunlarına baxanda pandemiyanın ötən il də turizm sektorunun inkişafına maneə olduğu açıqca görünür:

“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu, ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər". 
 

Neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektor - <span style="color: #ff0000;">Statistika</span>

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanın ixracdan ən çox qazandığı 5 Avropa İttifaqı ölkəsi - SİYAHI

19.03.2026

Türk lirəsi ucuzlaşdı

19.03.2026
"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"

"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"

19.03.2026

Marketinqdən başlayıb Dünya Bankının rəhbəri olan şəxs - SƏHƏR OXUSU

19.03.2026
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Dünyanın ən bahalı 10 lüks avtomobili

18.03.2026

"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur

18.03.2026

Növbəti 5 ildə dünyada batareyalar üçün vacib olan bir metal çatışmayacaq

18.03.2026

Ferrari "Amalfi Spider" modelini təqdim edib

18.03.2026

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

Məzənnə

Yüklənir...