Redaktor
Nazir: “Bu, müəllimin maaşının artmasına səbəb olacaq”
“Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil, vahid əmsaldan istifadə etməyi planlaşdırırıq. Müxtəlif dövlət qurumlarının birgə qərarı əsasında bu əmsal dəqiqləşdiriləcək və yəqin ki, bu, müəllimin əməkhaqqısının artmasına səbəb olacaq”.
Valyuta.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
O bildirib ki, mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq: “Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq söyləyirik”.
Nazir qeyd edib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq: “Tamştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir”.
Emin Əmrullayev əlavə edib ki, proses üçün infrastruktur imkanları mövcuddur, yeni infrastruktur da yaradılacaq: “Müəllim öz iş yeri ilə qürur duymalıdır, həvəslə iş yerinə gəlməlidir. Müəllim dərsdən əlavə olaraq, başqa müəllimin dərsini dinləyib tövsiyələr verə bilər. Şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
YDM-lərdə ən çox keşbek verən banklar hansılardır?
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026