Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Redaktor

10.04.2025 13:52
1,559

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Bakıda Murtuza Muxtarovun ev muzeyinin bərpa yenidənqurma işləri həyata keçiriləcək.

Valyuta.Az xəbər verir ki, bununla bağlı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən müvafiq işlərə start verilib. 

Məlumata əsasən, “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa yenidənqurması) ilə bağlı “Cronos Construction” MMC ilə müqavilə imzalanıb.

Şirkətə yuxarıda qeyd olunan işlərin görülməsi müqabilində 7.040.948,92 AZN ödənəcək.

Xatırladaq ki, Dendrologiya Parkının yerləşdiyi ərazi əvvəllər məşhur azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. O, bu ərazidə böyük bir bağ saldıraraq müxtəlif nadir bitkilər gətizdirib. Sonradan həmin bağ əsasında Dendrologiya Parkı yaradılmış və bu gün də o zəngin bitki müxtəlifliyi ilə diqqət çəkir.

Qeyd edək ki, tərəflər arasında daha öncə də müxtəlif satınalma müqavilələri imzalanıb. 

Belə ki, 2021 və 2022-ci illərdə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsi və Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında müqavilələr imzalanıb. 

Bunların müqabilində şirkətə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən 788.771 AZN 980.918,78 AZN ödənilib.  Daha sonra isə təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı şirkətə daha 13.449.826,91 AZN ayrılıb. 

Bundan əlavə  "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən “Heydər Əliyev Mərkəzinin park ərazisində yerləşən kafedə (Pond Cafe) əsaslı təmir işlərinin aparılması ilə əlaqədar malların işlərin və xidmətlərin satın alınması” ilə bağlı elan edilən tenderin qalibi də “Cronos Construction” MMC seçilib. 

Həmçinin Beynəlxalq Muğam Mərkəzinin restoranında (Ud zalı) avadanlıqların təmiri və alınması da 2023-cü ildə eyni şirkət həyata keçirib və bunun müqabilində Mərkəzdən 245.847,69 AZN ödəniş alıb.

Ötən il isə “Azərişiq” ASC ilə 4.382.508,88 AZN müqavilə imzalanaraq Sabunçu rayonu, 35/6 kV-luq 2x10 MVA gücündə "34" saylı yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri görülüb.

Əlavə edək MMC 26 may 2014-cü ildə dövlət qeydiyyatına alınıb. 200 000 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Əliyev İlham Fərrux oğludur. 

Şirkət dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçi Əliyev Ruhin Ramiz oğlu olub. Araşdırmalarımız zaman məlum olub ki, o hazırda “İntex Audit” MMC-nin direktorudur.  (MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. )

Əliyev İlham Fərrux oğlu haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı metrosu ötən il 167 milyon qazanıb

13.03.2026

Bakıda 200 min mənzil inşa ediləcək

13.03.2026

Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur

13.03.2026
Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?

Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?

13.03.2026

Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ödənişləri 34% azalıb

13.03.2026
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

13.03.2026

Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb

13.03.2026

Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR

13.03.2026

“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər

13.03.2026

Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işdən çıxarıldı

13.03.2026

6 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI

13.03.2026
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir?

Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? - SİYAHI

13.03.2026

İki kollecdə yeni təyinatlar olub

13.03.2026

Avro və rubl dəyər itirir

13.03.2026

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

13.03.2026

Özünə təyin etdiyi maaş şirkəti iflasa apardı - SƏHƏR OXUSU

13.03.2026

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Məzənnə

Yüklənir...