Moldova “Lukoil”in bəzi aktivlərini satın almağı planlaşdırır

Redaktor

07.11.2025 20:59
455

Moldova “Lukoil”in bəzi aktivlərini satın almağı planlaşdırır

Moldova hökuməti sanksiyalara məruz qalan Rusiyanın “Lukoil” şirkətindən Kişineu hava limanındakı yanacaq anbarlarını aeroportun fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə satın almağı planlaşdırır.

Litva ABŞ və Britaniya sanksiyalarına görə "Lukoil" neftinin tranzitini dayandıracaq

Valyuta.az xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Dorin Junqetu “Facebook” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi üçün Əhəmiyyətli İnvestisiyaların Araşdırılması Şurası “Lukoil” şirkətinin aktivlərini satmaq və Aeroportdakı infrastrukturunu digər bir şirkətə ötürmək təklifini rədd edib, çünki həmin şirkət Moldova Respublikasının milli təhlükəsizlik meyarlarına uyğun hesab edilmir.

Nazir bildirib ki, Şura “Lukoil”in Aeroportdakı anbarının satın alınması barədə təklif irəli sürüb ki, dövlət bu infrastrukturu və resursları öz üzərinə götürsün. Bu təklifin son tarixi 17 noyabrdır, çünki 21 noyabrdan etibarən “Lukoil” Moldovanın ABŞ sanksiyalarına qoşulması ilə əlaqədar fəaliyyətini davam etdirmək imkanını itirəcək.

“2025-ci il noyabrın 21-dən etibarən “Lukoil” fəaliyyət (Moldovada – red.) qabiliyyətini itirəcək, yəni benzin, dizel və kerosin tədarükü və təminatı üzrə fəaliyyətini davam etdirə bilməyəcək. Bu vəziyyət ABŞ tərəfindən oktyabr ayında tətbiq edilən sanksiyaların, şirkətin hesablarının və aktivlərinin bloklanmasının, həmçinin ABŞ Xəzinədarlıq Departamentinin (Maliyyə Nazirliyi - red.) “Lukoil” şirkətinin aktivlərinin “Gunvor” şirkətinə satılmasına icazə verməməsinin nəticəsidir”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

©Apa

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...