Redaktor
Məhkəmə 7500 bitkoinin zibilxanada axtarışı ilə bağlı apellyasiya şikayətini rədd edib
Böyük Britaniyanın Kral Apellyasiya məhkəməsi Nyuport şəhər zibilxanasında itmiş, içərisində 7500 bitkoin olan sərt diskin axtarışına icazə verilməsi ilə bağlı Ceyms Hauelsin vəsatətini rədd edib.
12 il əvvəl içində minlərlə kriptovalyuta olan sərt diski təsadüfən atan britaniyalı Ceyms Hauels bitkoinlərini qaytarmaq cəhdlərindən əl çəkmək niyyətində deyil.
Bu illər ərzində o, zibilxanada kriptovalyutanın olduğu cihazı tapmaq üçün Nyuport şəhər administrasiyasına tullantıların çeşidlənməsi və tapılan kriptovalyutanın bölüşdürülməsi ilə bağlı planlar təklif edib. Lakin rəsmilər dəfələrlə onun müraciətini rədd ediblər.
Məhkəmə sənədləri ilə tanış olan jurnalistlər bildiriblər ki, hakim Kristofer Nadji Hauelsin vəsatətini rədd edərək bildirib ki, “real uğur perspektivi” yoxdur və bunu nəzərdən keçirmək üçün “başqa ciddi səbəblər” də mövcud deyil.
İT mühəndisi Ceyms Hauels sübut etmək istəyir ki, Böyük Britaniyanın Ali Məhkəməsi və Apellyasiya Məhkəməsi onun mülkiyyət hüququnu və ədalətli məhkəmə hüququnu pozub. O, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırır.
©azərtac
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
03.03.2026“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb
03.03.2026"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"
03.03.2026Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb
03.03.2026İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
03.03.2026Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib
03.03.2026AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə
03.03.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026