Mehdiyevlərə məxsus lizinq şirkətindən şikayət

Redaktor

03.12.2025 15:49
77

Mehdiyevlərə məxsus lizinq şirkətindən şikayət

“Vüsal Nəsibov deyir ki, bizə heç kim müdaxilə etmir”

Vətəndaş Əliyev Bəhruz Şahmurad oğlu “BTB LEASING” ASC-nin vəzifəli şəxsi tərəfindən aldadılaraq xeyli miqdarda pulunun ələ keçirildiyini iddia edir.

Valyuta.az teleqraf-a istinadla xəbər verir ki, vətəndaş müraciətində xeyli miqdarda vəsaitinin şirkət tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədən ələ keçirildiyini qeyd edib.

Bəhruz Əliyev 2025-ci ilin yanvar ayında kredit götürmək üçün “BTB LEASING” ASC-yə müraciət edib: “Kredit üçün ev girov qoymalı olduq. Mənim adımda problemli kredit olduğu üçün qardaşım Zaman Əliyevin evini girov qoyduq. Kredit qaynım Mirzəyev Eminəli Nobatəli oğlunun adına rəsmiləşdirildi. Kredit götürəndə evin alqı-satqı müqaviləsi əsasında “BTB LEASING” ASC-yə keçəcəyini bilmirdik və bu barədə bizə məlumat verilməmişdi.

ASC-nin əməkdaşları bizi notariusa apardıqdan sonra biz alqı-satqı müqaviləsinin bağlanacağından xəbərdar olmuşuq. Bu barədə ASC-nin əməkdaşlarına müraciət etdikdə, onlar “bizdə proses belədir, ev bizim adımıza keçdikdən və alqı-satqı müqaviləsi bağlandıqdan sonra pul veriləcəkdir” deyə cavab verdilər. Qardaşımın evi dəyərindən aşağı qiymətə - 230 min manata - “BTB LEASING” ASC-yə alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildi. Bizə kassadan 220 min manat pul verildi. Lakin binadan çıxdıqdan sonra həmin pulun 100 min manatını müxtəlif bəhanələrlə, guya evin ödənişini etməklərini əsas gətirərək bizdən aldılar.

Bununla yanaşı, ASC tərəfindən əlavə olaraq daha 6 min manat da xidmət haqqı olaraq bizdən alındı. Qaynım Eminəli Mirzəyevlə “BTB LEASING” ASC arasında Daxili Maliyyə Lizinq Müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən, “BTB LEASING” ASC qardaşım tərəfindən satılan evin hüquqlarını qaynım Eminəli Mirzəyevin xeyrinə yüklü etdilər. Sözügedən lizinq müqaviləsinin 3-cü bəndində lizinq alan tərəfindən, yəni Eminəli Mirzəyevdən lizinq verən “BTB LEASING” ASC-yə 78.200 manat pulun avans şəklində verilməsi nəzərdə tutulubmuş. Lakin bizim bu məsələdən xəbərimiz olmayıb. Biz sadəcə 151.800 manat kredit götürmək istəmişik, lakin bizə 120.000 manat pul verilib. Həmçinin müqavilədə qeyd olunan 78.200 manatın guya Eminəli Mirzəyev tərəfindən ödənilməsi, qalanının da kreditə keçirilməsi yalan məlumatdır. Həmin bənddə göstərilir ki, 151.800 manat pul vəsaiti lizinq alan tərəfindən lizinq verənə “Ödəmə cədvəli”ndə göstərilən qaydalarla ödənilir.

Buna baxmayaraq, ASC tərəfindən bizə ümumilikdə 120 min manat pul verilib. Həmin məsələ ilə bağlı “BTB LEASING” ASC-yə müraciət edərək bizə 151.800 manat verilməli olduğu halda niyə 120.000 manat verilməsini soruşduqda, ASC-nin vəzifəli şəxsləri qalan 31.800 manatın sənədləşmə üçün xərclərə sərf olunduğunu bildirdilər”.

Bəhruz Əliyevin sözlərinə görə, həmin xərclərlə bağlı onlara hər hansı sənəd təqdim olunmayıb: “İddia edilən xərclərlə bağlı bizə sadəcə şirkətin müdir müavini vəzifəsində işləyən Vüsal Nəsibovun əl ilə yazılmış qeyd vərəqəsi təqdim olunub. Həmin qeyd vərəqəsindəki xərclərin ümumi cəmi belə 31.800 manat etmir. Etsə belə, orada qeyd olunan “Kasko gözləyən 3%” qeydinə görə tutulan 8.050 manat pul vəsaiti tamamilə bizim iradəmizdən kənar olub və bu barədə məlumatlandırılmamışıq. Müqavilənin 19-cu bəndində qeyd olunur ki, lizinq verən, yəni “BTB LEASING” ASC əmlak sığortalandıqdan sonra sığorta polisinin bir nüsxəsini lizinq alana verməlidir. Qeyd etdiyim kimi, bizə belə bir sənəd təqdim olunmayıb. Həmçinin müqavilənin 19.3-cü bəndində başqa risklərdən sığortalanmaq üçün tərəflər arasında əlavə sığorta müqaviləsinin bağlana bilməsi göstərilib və hər hansısa bir məcburiyyət qeyd olunmayıb. Lakin ASC-nin vəzifəli şəxsləri etibarımızdan sui-istifadə edərək pulumuzu ələ keçirmək üçün belə bir yola əl atıblar. Məsələ ilə bağlı Vüsal Nəsibova dəfələrlə müraciət etmişik. Kobud rəftarla üzləşmişik. Dəfələrlə müraciət olunduqdan sonra bizə cəmi 6 min manat pul qaytarılıb. Qalan məbləği qaytarmaqdan imtina edirlər. Haqlı idilərsə, 6 min manatı geri niyə qaytarırdılar? Deməli, bu məbləğ qanunsuz olaraq tutulub. Vüsal Nəsibov “bizdə sistem belə işləyir, sizə əlavə pul verilməyəcək” deyir. Vüsal Nəsibov deyir ki, bu şirkətin sahibinə görə onlara heç kim müdaxilə edə bilmir”.

Vətəndaşın iddiası ilə bağlı Vüsal Nəsibovla əlaqə saxlayaraq qeyd edilən müraciətlə bağlı fikrini öyrənmək istədik.

Vüsal Nəsibov sorğumuza yalnız yazılı şəkildə məktub ona çatdırıldığı halda cavablandıracağını bildirdi. Ona elektron formada müraciəti ünvanlaya biləcəyimizi desək də, bununla razılaşmadı.

Qeyd edək ki, vətəndaş Bəhruz Əliyev üzləşdikləri problem ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.

Xatırladaq ki, adı çəkilən lizinq şirkəti ilə bağlı ilk problemli məsələ deyil. Daha əvvəl şirkətin Hüquq Departamentinin müdiri Ceyhun Əli-Zadə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Bildirək ki, adı çəkilən lizinq şirkəti 2017-ci ildə səhmlərinin 74,98%-i Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus “Bank BTB” ASC tərəfindən yaradılıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX" 30 milyard dollardan çox İPO keçirmək istəyir

10.12.2025

“Assaia” 26,6 milyon dollar investisiya alıb

10.12.2025

"İntel" Aİ məhkəməsində uduzdu: 237 milyon avro cərimə ödəyəcək

10.12.2025

Nazirlik “Qarabağ Universiteti” üçün 7 milyonluq müqavilə imzalayıb

10.12.2025

"Grok" İlon Maskı "xilas etmək" üçün Yer əhalisinin yarısının məhvinə razılaşdı

10.12.2025

Azərbaycanda ÜDM istehsalı 1,6% artıb

10.12.2025

"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

10.12.2025

Yaddaş kartları bahalaşdı, "Nintendo" bir həftədə 14 milyard dollar itirdi

10.12.2025

Mərkəzi Bank tender elan edib

10.12.2025

Alimentlə bağlı yeni QAYDA

10.12.2025

Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi

10.12.2025

Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

10.12.2025

“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

10.12.2025

Prezident rektoru işdən çıxardı - Yeni təyinat

10.12.2025

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

10.12.2025

"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

10.12.2025

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

10.12.2025

Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib

10.12.2025

BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

10.12.2025

Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır

10.12.2025

Məzənnə

Yüklənir...