"Kraudfandinq layihəsi uğursuz olarsa, investorun vəsaiti geri qaytarılacaq"

Redaktor

07.07.2026 23:50
28

"Kraudfandinq layihəsi uğursuz olarsa, investorun vəsaiti geri qaytarılacaq"

Kraudfandinq vasitəsilə maliyyələşdirilən layihə uğursuz olarsa və ya tələb olunan məbləği toplaya bilməzsə, investorun yatırdığı vəsait ona geri qaytarılacaq.

"Report" xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin bugünkü plenar iclasında "Kraudfandinq haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların yeni maliyyə alətlərinə qarşı təbii və əsaslı ehtiyatlı münasibəti var:

"İnsanlar keçmişdə yaşanan acı təcrübələr, maliyyə piramidaları və internet üzərindən qurulan saxta layihələr səbəbindən bu sahəyə inamsız yanaşırlar. Buna görə də qanunun effektiv işləməsi üçün "Bu layihə innovativdir" şüarından daha çox, vətəndaşın "Mənim pulum necə qorunacaq?" sualına aydın və konkret cavab verilməlidir."

Deputat bildirib ki, qanun layihəsində etibarlı fəaliyyət mexanizmləri məhz bu məqsədlə nəzərdə tutulub və sistemin Azərbaycanda səmərəli işləməsi üçün üç əsas prinsip müəyyən edilib.

Birinci prinsip dövlət nəzarətidir. Onun sözlərinə görə, hər kəs kraudfandinq platforması yarada bilməyəcək. Azərbaycan Mərkəzi Bankı platforma operatorlarını xüsusi reyestr vasitəsilə nəzarətdə saxlayacaq, onların təsisçilərinin və benefisiar mülkiyyətçilərinin işgüzar nüfuzunu qiymətləndirəcək.

İkinci prinsip xüsusi hesab mexanizmidir. Bu mexanizmə əsasən, investorun layihəyə yatırdığı vəsait birbaşa layihə sahibinə köçürülməyəcək, bankda xüsusi hesabda saxlanılacaq. Layihə tələb olunan maliyyəni toplaya bilmədikdə və ya sahibkar öhdəliklərini yerinə yetirmədikdə, Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq vəsait avtomatik şəkildə investorun hesabına qaytarılacaq. Beləliklə, "pulu topladım və yoxa çıxdım" ssenarisinin texniki baxımdan qarşısı alınacaq.

Üçüncü prinsip isə investorun qərarvermə hüququnun qorunmasıdır. Deputatın sözlərinə görə, vətəndaş emosional qərar verdiyini düşünərsə, qanunun nəzərdə tutduğu 7 günlük müddət ərzində heç bir cərimə ödəmədən yatırdığı vəsaiti geri ala biləcək.

M. Cəfərov vurğulayıb ki, məqsəd təkcə yeni qanunun qəbul edilməsi deyil, həm də Azərbaycanda rəqəmsal investor mədəniyyətinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, vətəndaş əmin olmalıdır ki, sərbəst vəsaitini dövlətin müəyyən etdiyi hüquqi mexanizmlər çərçivəsində kənd təsərrüfatı, startaplar və digər real sektor layihələrinə yönəldə bilər. Bu isə həm investorlar, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Bank Respublika" imtiyazlı səhmlər buraxır

07.07.2026

"Kraudfandinq layihəsi uğursuz olarsa, investorun vəsaiti geri qaytarılacaq"

07.07.2026

İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

07.07.2026

Kraudfandinq haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

07.07.2026
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub

07.07.2026

Dünyanın ən sürətli traktoru: "Formula 1" mühəndisliyi ilə əldə olunan rekord

07.07.2026

Al agentlərinin görünməyən enerji xərci gözləniləndən daha böyükdür

07.07.2026

İnvestisiya şirkətlərinin yarımillik həyata keçirdiyi əməliyyatların sayı - RENKİNQ

07.07.2026

Azərbaycan kassa aparatlarını hansı ölkələrdən alır?

07.07.2026

Yaponiyada hökumət strategiyası: 10 milyon robot insanlarla çalışacaq

07.07.2026

CV niyə dərhal rədd edilir? HR mütəxəssisi gizli seçim meyarlarını izah etdi

07.07.2026

Çin qabaqcıl süni intellekt modellərinə xaricdən çıxışı məhdudlaşdırmağı nəzərdən keçirir

07.07.2026

“SİMPLEX” QSC-yə iki ayda 28,7 milyon manatlıq dövlət sifarişi verilib

07.07.2026

"DeepSeek" öz süni intellekt çipini hazırlayır 

07.07.2026

Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq

07.07.2026

Azərbaycan dondurmanın kiloqramını 6,5 manata ixrac edib

07.07.2026

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

07.07.2026

"Reddit" süni intellektlə mübarizədə yenə süni intellektdən istifadə edir

07.07.2026

"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir

07.07.2026
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

07.07.2026

Məzənnə

Yüklənir...