"Bank Respublika" imtiyazlı səhmlər buraxır

Redaktor

07.07.2026 23:56
39

"Bank Respublika" imtiyazlı səhmlər buraxır

İyulun 24-də, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Valyuta.Az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın inkişaf strategiyası və bununla əlaqədar kapital strukturuna dair müzakirələrin və müvafiq qərarın qəbul edilməsi, "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyətinə dair müzakirələrin və müvafiq qərarın qəbul edilməsi, imtiyazlı səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, nizamnamə kapitalının artırılması ilə əlaqədar bankın Nizamnaməsinə müvafiq dəyişikliyin təsdiq edilməsi və bankın Mükafatlandırma Siyasətinin təsdiq edilməsi daxildir.

"Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Banka məxsus olan "Respublika İnvest" 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 120 min manatdır.

"Bank Respublika"nın 93,32 % paya malik olduğu "Bakı Sığorta"nın lisenziyası (4 sentyabr 2009-cu ildə verilib) isə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 13 dekabr 2024-cü il tarixli qərarı ilə könüllü müraciət əsasında ləğv olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Bank Respublika" imtiyazlı səhmlər buraxır

07.07.2026

"Kraudfandinq layihəsi uğursuz olarsa, investorun vəsaiti geri qaytarılacaq"

07.07.2026

İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

07.07.2026

Kraudfandinq haqqında qanun layihəsi I oxunuşda qəbul olunub

07.07.2026
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub

07.07.2026

Dünyanın ən sürətli traktoru: "Formula 1" mühəndisliyi ilə əldə olunan rekord

07.07.2026

Al agentlərinin görünməyən enerji xərci gözləniləndən daha böyükdür

07.07.2026

İnvestisiya şirkətlərinin yarımillik həyata keçirdiyi əməliyyatların sayı - RENKİNQ

07.07.2026

Azərbaycan kassa aparatlarını hansı ölkələrdən alır?

07.07.2026

Yaponiyada hökumət strategiyası: 10 milyon robot insanlarla çalışacaq

07.07.2026

CV niyə dərhal rədd edilir? HR mütəxəssisi gizli seçim meyarlarını izah etdi

07.07.2026

Çin qabaqcıl süni intellekt modellərinə xaricdən çıxışı məhdudlaşdırmağı nəzərdən keçirir

07.07.2026

“SİMPLEX” QSC-yə iki ayda 28,7 milyon manatlıq dövlət sifarişi verilib

07.07.2026

"DeepSeek" öz süni intellekt çipini hazırlayır 

07.07.2026

Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq

07.07.2026

Azərbaycan dondurmanın kiloqramını 6,5 manata ixrac edib

07.07.2026

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

07.07.2026

"Reddit" süni intellektlə mübarizədə yenə süni intellektdən istifadə edir

07.07.2026

"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir

07.07.2026
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

07.07.2026

Məzənnə

Yüklənir...