Redaktor
Kiçik “qazanclar”dan başlayan böyük ziyanlar - İnsanlar Kibercinayətkarlığın qurbanına necə çevrilir?
Son günlər insanların kibercinayətlərin qurbanı olması ilə bağlı tez-tez xəbərlərə rast gəlirik. Bir çox hallarda insanlar onlara təklif olunan ucuz təklifləri qəbul edir, sonda isə maddi ziyana düşür. Kart hesablarından pullar çəkilir, ya özləri hansısa hesaba göndərir və beləliklə də bu kimi hadisələrin qurbanına olurlar.
Bəs insanlar niyə belə ucuz, rahat təkliflərə aldanır?
Valyuta.az məsələni psixoloq Elnur Rüstəmov və hüquqşünas Əkrəm Həsənovla müzakirə edib.
Elnur Rüstəmov bildirib ki, kiber kompüter, informasiya texnologiyaları və virtual reallıq mədəniyyəti ilə əlaqəli və ya ona xas olan anlayışdır. Onun bir istiqaməti olan kiberdələduzluq bügün dünyada, eləcə də Azərbaycanda geniş yayılmış problemdir:

“Kiberdələduzluqla məşğul olanlar daha çox insanların zəif duyğuları üzərindən manipulyasiya edirlər”.
Psixoloq deyir ki, insanların təməl qorxularından biri kasıb olmaq qorxusudur və bunu başqa bir formada insanların varlanmaq istəyi kimi də izah edə bilərik:
"Sirr deyil ki, hər bir insan iqtisadi cəhətdən müstəqil olmaq istəyir. Kibercinayətkarlar da insanların təməl istəklərindən çıxış edib, onları öz toruna salırlar. Əsas tezisləri isə az zamanda daha çox maddi qazanc əldə etmək şansının olması, az əmək sərf etməklə daha çox qazanmaq və s. vədlərlə çıxışdır. Dolayısı ilə bu kimi vədlərlə insanları manipulyasiya edirlər. Onlar daha çox insanların emosiyalarına xitab edirlər”.
Elnur Rüstəmov əlavə edib ki, insanların heç də hamısı rasional düşünmür, nəticədə bir qism insan onların toruna düşür:
“Bu da nəticədə həm ailələr, həm də cəmiyyət üçün böyük problemlər yaradır. Nəzərə almaq lazımdır ki, kibercinayətkarlığa məruz qalan insanların bir qismi istəmədən öz yaxınlarını da bu işlərə cəlb edirlər. İnsan qəbul etmək istəmir ki, o aldadılıb, ondan istifadə edirlər. Nəticə öz eqosunu təmin etmək, aldadılmadığını “sübut” etmək üçün yaxınlarını da bu oyuna cəlb edir. Ona görə də cəmiyyət olaraq diqqətli olmalıyıq. O insanların vədlərinə inanmamalıyıq. Qəbul etməliyik ki, hər bir uğurun arxasında böyük bir zəhmət dayanır. İnsan zəhməti ilə uğur qazananda o uğurun dəyərini də bilir, psixoloji dayanıqlılığı da yüksək olur”.
Psixoloq bildirib ki, bu gün kibercinayətkarlığa məruz qalanlar arasında yeniyetmə və gənclərimiz üstünlük təşkil edir:
"Ona görə də valideynlər diqqətli olmalıdırlar. Bəzən bu dələduzların toruna düşən yeniyetmələr ailədən xəbərsiz evdən qiymətli əşyaları götürüb verirlər. Qeyd etdiyimiz kimi, onlar insanlara vədlər verir və bir qisim insanlar onlara inanır. İlkin mərhələdə onlar şikarlarına kiçik “qazanclar” təqdim edirlər. Ondan sonrakı mərhələdə isə böyük bir qism maddi vəsaitlərini ələ keçirirlər. Əlbəttə bütün bunlar cəmiyyətdə, ailədə böyük sosial-psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Ailələr dağılır, ailə daxili konfliktlər artır, zərəli vərdişlərə alidəçilik, intihar və s. problemlərin yaranmasına gətirib çıxarır. Hər birimiz diqqətli olmalıyıq. Əlbəttə ki, cəmiyyətdə də bu istiqamətdə mütəmadi olaraq maariflənmə işi aparılmalı, proflaktik tədbirlər görülməlidir”.
Hüquqşünas Əkrəm Həsənov isə deyir ki, insanlar hər zaman ucuzluğun dalınca qaçır:

“Amma başa düşməlidirlər ki, tanımadıqları, bilmədikləri insanlar onlardan kart nömrəsi istəsə, harasa pul köçür desə, bu cür hadisələrin 99 faizi yalan və fırıldaqdır. Hətta mən deyirəm ki, internet vasitəsi ilə xarici ölkələrdən nəsə alanda da ən tanınmış saytlardan alış-veriş etmək laızmdır. Tanınmayan saytlardan almaq təhlükəlidir”.
Hüquqşünas deyib ki, insanlar tanımadığı şəxlsərə öz bank məlumatlarını verməsinlər:
“Onlar başa düşməlidirlər ki, bu yalandır. Mənim özümün poçtuma təkliflər gəlir ki, sizin üçün sərfəli təkliflər var və s. İnsanlar anlamalıdır ki, heç kim gəlib onlara havayı pul və yaxud sərfəli nəsə təklif etməyəcək”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu gün işıqlar bir saatlıq söndürüləcək
28.03.2026Varlanmağın gizli qalan 8 qaydası
28.03.2026Torpaq almaq istəyənlərin nəzərinə - Kəskin bahalaşacaq
28.03.2026Azərbaycandan Rusiyaya ixrac artıb
28.03.2026Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb, ixracı isə artıb
28.03.2026Avropada enerji və yanacaq çatışmazlığı riski artır
28.03.2026"Volkswagen" "Rivian"a əlavə 1 milyard dollar investisiya edir
28.03.2026Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır
28.03.2026Azərbaycan nefti bahalaşmaqda davam edir
28.03.2026Azərbaycanda gümüş istehsalı azalıb, ehtiyatlar açıqlanıb
28.03.2026ADY: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
28.03.2026Nadir "Ferrari Enzo" satışa çıxarılır - Qiyməti məlum oldu
28.03.2026Qəribə ideyalarla pul qazanan 8 fərqli insan - SƏHƏR OXUSU
28.03.2026"Google Translate"in real vaxt tərcümə funksiyası genişləndirilir
27.03.2026Yalnız biznes-klass xidmətləri təqdim edən lüks hava yolu şirkəti Maldivlərə yeni reyslər açır
27.03.2026