İşə qəbul ediləcəyinizə inamsızlıq yaradan nüanslar

Redaktor

10.07.2024 11:52
674

İşə qəbul ediləcəyinizə inamsızlıq yaradan nüanslar

Vüsal X. Şahinoğlu 
  İnsan resursları mütəxəssisi

Bir çox şəxslər iş axtarışı zamanı çox müsahibəyə gedirlər, bir müddət sonra həvəsdən düşürlər. Müsahibəyə gedərkən, onsuz da "yox" deyəcəklər - kimi düşünürlər və artıq işə qəbul olacaqlarına inamsızlıq yarana bilir. Bu, əmək bazarında çox rastlanan haldır.

Buna bir tərəfdən baxmamalıyıq. Yəni iş axtaran şəxsdə də xətalar olur, işçi axtaran tərəflərdə də. İş axtaran ard-arda müsahibələrə çağrılır, amma heç birindən geridönüş almır. Xətalara iş axtaran tərəfdən baxaq.

1) CV düzgün tərtib edilmir. Şəkil hansısa kafedə stolda oturmuş vəziyyətdə, ya da çəmənlikdə, toy sarayında selfie çəkərkən və s. Bu qeyri-ciddi təəssürat yaradır. İş təcrübəsi və təhsil məlumatları əskik daxil edilir. Əlavə məşğuliyyət qoymaq əksər vaxtlarda namizəd üçün mənfi sayılır. Kimsə gəzməyi, balıq tutmağı sevirsə, onu CV-yə yazmaq bir az konteksdən kənar sayılır. 

2) CV göndərərkən email ünvanı düz seçilmir. [email protected], [email protected] kimi ciddi olmayan email ünvanlarının seçilməsi uğursuzluq gətirə bilir. Qarşı tərəfdən baxanda, ciddi qəbul olunmur.

3) CV göndərəndə başlıq yazmaq və ən azından mətn hissəsinə də 1-2 cümlə yazmaq lazımdır. Bunlar edilməyəndə şans azalır.

4) Namizəd müsahibədə diqqət etməli olduğu şeylərə diqqət etmir. Yəni ilk dəqiqənin təəssüratı vacibdir. Bədən dili vacibdir. Bunlar müsahibənin qalan müddətinin müsbətə ya da mənfiyə gedəcəyinə qərar verən faktorlardır. Namizəd ilk dəqiqədə səhvlər buraxır, amma sonrakı gedişatda suallara cavab versə də, seçilmir.

Bu siyahını uzatmaq da olar. Ən çox edilən xətaları qeyd etdim.

İşçi axtaran tərəfdən baxsaq, burda da müəyyən məqamlar ortaya çıxır.

1) Müsahibəni səriştəsi yetərsiz mütəxəssislər etməyə çalışırlar. Əksəriyyəti mikro menecmentin qurbanı olanlar, özləri nəyəsə qərar verməyə qadir olmayanlardır.

2) Qarşı tərəfi “möhtac” görmək. Bu da iş axtaran üzərində nəticəyə və gedişata təsir edə bilir.

3) Namizədlərin bacarıq, bilik və səriştələrini yoxlayan, ölçən suallar və tapşırıqlarla işləmək yerinə, mənasız və heç bir ölçü meyarı olmayan klişeləşmiş suallar vermək.

4) Namizəd həqiqətən yaxşı olsa da, səriştəsiz işəqəbul mütəxəssisi saysız hesabsız CV lər arasında batıb qalır, geri dönüş gecikir və namizəd gözdən qaçır.

Burada da əsas nüansları qeyd etdim. Siyahını uzatmaq olar.

Ümumilikdə, bu kimi hallar səbəbindən insanlar müəyyən müddət sonra həvəsdən düşürlər. Həvəsdən düşməmək üçün elandakı vakansiyanın tələb və şərtlərinin özünə uyğun olduğunu yoxlayıb müsbət qərara gələn iş axtaran şəxs, sonra da qurumu-şirkəti araşdırmalıdır ki, o mühit görəsən özünə uyğundurmu? Hər vakansiyaya doğru hazırlanmamış CV göndərən insanların həvəsdən düşməyi də normal haldır.

İşə qəbul ediləcəyinizə inamsızlıq yaradan nüanslar

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Asiyanın ikinci valyutası 40 ilin ən aşağı səviyyəsinə düşdü

30.06.2026

Göy üzündə yeni "savaş": "Rocket Lab" "Iridium"u satın alır

30.06.2026

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Məzənnə

Yüklənir...