İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Redaktor

31.03.2025 18:20
577

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Bildiyimiz kimi günümüzün yarısını işdə keçiririk. Buna görə də işdə keçirdiyimiz vaxt günümüzün asudə vaxtlarına, evdə keçirdiyimiz zamana da təsir edir. Dolayısı ilə işdə keçirdiyimiz vaxtı səmərəli idarə etmək həm işin keyfiyyətinə, məhsuldarlığına, həm də işçinin öz zamanına böyük təsir göstərir. Yəni, yalnız vaxt keçirmək yox, səmərəli vaxt keçirmək və idarə etmək önəmlidir. Bəs işdə səmərəli vaxt keçirməyin yolları nələrdir?

Valyuta.az işdə səmərəli vaxt keçirməyin 7 yolunu təqdim edir.

1. Planlı olmaq

İşə başlamazdan əvvəl günün planını hazırlamaq işin bir hissəsini yerinə yetirmək deməkdir. İşlərində uğur qazanan hər kəsin hər zaman işə başlamamışdan əvvəl hazırladıqları planları olub. Ofisə gəlib “nədən başlayım?” demək ən azı 30 dəqiqəni itirmək deməkdir. Axşamdan və ya səhərin ilk dəqiqəsində sadə bir siyahı qurmaq səmərəli işin başlanğıcını qoyar. Bu işə olan motivasiyanızı və məhsuldarlıq hissinizi artırar gün boyu enerjini düzgün yönləndirməyə kömək edər. Nəticədə sadə planla aydın işlər görmək olar.

2. İşləri ayırmaq

Araşdırmalar göstərir ki, beynin enerjisi, qərarvermə gücü günün əvvəlində daha yüksək olur. Günün sonuna doğru isə enerji azalır və bu normal olaraq işə təsir göstərir. Buna görə də səhər saatlarını ən çətin və ən vacib işə ayırmaq iş gününüzü daha səmərəli edər. Bu anları xırda tapşırıqlara xərcləmək əvəzinə ən böyük faydanı verəcək işlərə sərf etmək maraqlı və keyfiyyətli nəticələr ortaya çıxarar. Unutma, günü necə başladığın necə keçəcəyini müəyyənləşdirir.

3. Fokusun gücünü anlamaq 

Bəzən bir neçə tapşırığı eyni anda həll etmək istəməklə həmin tapşırıqları bitirərək daha çox iş gördüyümüzü və əlavə vaxt qazandığımızı düşünə bilərik. Lakin günün sonunda işin nəticəsinin yaxşı olması üçün tapşırıqları bir-bir bitirmək daha faydalı olar. Eyni anda bir neçə işlə məşğul olmaq səni sürətli göstərsə də, əslində keyfiyyəti və diqqəti azaldır. Burada fokusun gücünü anlamaq lazımdır. Ona görə ki, fokuslanaraq bir işi tamamlamaq həm rahatlıq, həm də vaxt qazandırır. Səmərəlilik çox işdə yox, tamamlanmış işdədir. 

4. Fasilə səmərəliliyi artırır.

Səmərəli işləmək deyəndə bəzilərinin ağlına işə gələndən gedənə kimi işlə məşğul olmaq gələ bilər. Lakin uzun saatlar fasiləsiz işləmək nə sənə, nə də işə fayda verir. Fasilə verməyi unutmaq olmaz. Ona görə ki, beynin istirahətə ehtiyacı olur və bu, səmərəliliyi artırır. Hər 60-90 dəqiqədə 5-10 dəqiqəlik mikrofasilə enerji balansını qoruyur. Düzgün fasilə – düzgün fokus deməkdir.

5. Səliqə iş mühitinin bir parçasıdır

İşləyərkən fikrini, diqqətini dağıdacaq nə varsa, iş masasından uzaqlaşdır. Yəni, iş mühitini sadələşdir. Masan səliqəli, ekranın təmiz, sənədlərin əlçatan olsun. Hər axtardığın sənədə 5 dəqiqə sərf etmək günün sonunda saatlar itirməyə səbəb ola bilər. Minimalist mühit diqqətini dağılmağa qoymur. Səliqə sənin gizli məhsuldarlıq alətin olmalıdır.

6. Günün sonunda hesabat

Günün sonunda qısa bir geriyə baxış etməklə özümüzə işimiz barəsində hesabat verə bilərik. “Bu gün nə bitirdim, nə yarımçıq qaldı?” sualına 3-4 cümləlik cavab vermək növbəti iş günlərində də səmərəli vaxt qazanmağımıza yardım edir, ertəsi günə keçidi asanlaşdırır və işini tamamlamaq hissi yaradır. Həm də özünü hesabatlandırma vərdişinə çevrilir. Hər günün bağlanışı, sabahın başlanğıcıdır.

7. İşini hiss et

Ən əsası çalışdığın anı hiss etmək, nə etdiyini bilmək önəmlidir. Həqiqətən çalışmaqla fiziki olaraq orada olmaq, iş görmək eyni şey deyil. Beynin başqa yerdədirsə, gördüyün iş yalnız vaxt aparır. İndi nə edirsənsə, tam olaraq onun içində ol. Həqiqi iştiraka çevrilən zaman, səmərəli vaxta çevrilir.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Teylor Svift və Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum olub

12.07.2026
19 yaşında qurduğu şirkətlə necə dünyanın ən gənc milyarderi oldu?

19 yaşında qurduğu şirkətlə necə dünyanın ən gənc milyarderi oldu?

12.07.2026

Televiziyanın ən çox qazanan aktyorları

11.07.2026

Daşınmaz əmlakın icbari sığortasında ödənişlər 34,9% artıb

11.07.2026

İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil

11.07.2026

"Google" süni intellektlə hazırlanan reklamlara etiket əlavə edəcək

11.07.2026

Tez-tez ezamiyyətə gedənlər üçün 5 faydalı səyahət məsləhəti

11.07.2026

Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB

11.07.2026

Kim daha çox pul xərcləyir – xoşbəxt, yoxsa kədərli insanlar?

11.07.2026
Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

11.07.2026

Uğur nədir? Dünyaca məşhur 9 şəxsin uğur haqqında fikirləri

11.07.2026

İnvestorların bilməli olduğu Uorren Baffetin 3 qızıl qaydası

11.07.2026

Effektiv şəbəkələşmə: Bu 10 səhvdən uzaq durun

11.07.2026

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

11.07.2026

Polşa Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunda qalacağını gözləyir

11.07.2026

“Bitcoin”in qiyməti 64 min dolları ötüb

11.07.2026

Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon

11.07.2026

Dünya bazarlarında neft ucuzlaşıb

11.07.2026

İlk “Milli Kosmik İnkubasiya” layihəsinin “Demo Day” tədbirində 7 startap təqdim olunub

11.07.2026

“SoftBank” və “PayPay” şirkətləri “Seven & i”də iri pay almağı nəzərdən keçirir

11.07.2026

Məzənnə

Yüklənir...