"Intel" "Nvidia"nın bazarına girir: GPU təşəbbüsü ilə tarazlıqlar dəyişə bilər

Redaktor

04.02.2026 21:42
33

"Intel" "Nvidia"nın bazarına girir: GPU təşəbbüsü ilə tarazlıqlar dəyişə bilər

"Intel" son dövrdə özünü yenidən mövqeləndirməyə çalışarkən, baş direktor Lip Bu Tan şirkətin qlobal səviyyədə "Nvidia"nı zirvəyə daşıyan çip növünə yönələcəyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bu addım şirkətin indiyə qədərki strategiyasında diqqət çəkən bir dönüş nöqtəsini işarə edir.

Cümə axşamı keçirilən "Cisco AI Summit" tədbirində çıxış edən Lip Bu Tan "Intel"in qrafik emal vahidləri (GPU) istehsalına başlayacağını açıqlayıb. "Intel"in ənənəvi olaraq istehsal etdiyi CPU-lara nisbətən daha ixtisaslaşmış bu emalçılar həm oyun dünyasında, həm də süni intellekt modellərinin təlimi kimi yüksək hesablama gücü tələb edən sahələrdə geniş istifadə olunur.

GPU təşəbbüsü "Intel"in məlumat mərkəzi qrupunun rəhbəri, vitse-prezident və baş menecer Kevork Keçiçian tərəfindən idarə olunacaq. Keçiçian keçən ilin sentyabr ayında mühəndislik yönümlü yeni işə qəbul çərçivəsində "Intel"ə qoşulmuşdu.

Şirkət bu çərçivədə yanvar ayında daha bir əhəmiyyətli ismi komandaya əlavə edib. Uzun illər "Qualcomm" şirkətində çalışan və son olaraq mühəndislik üzrə vitse-prezident vəzifəsini icra edən Erik Demers "Intel"in GPU layihələri üçün transfer edilib.

Bu təşəbbüs hələ ilkin mərhələdədir. Tan bildirib ki, Intel-in bu sahədəki strategiyası birbaşa müştəri tələbləri və ehtiyacları əsasında formalaşdırılacaq.

Hərçənd GPU-nu ilk icad edən firma olmasa da, bu çip növü "Nvidia"nın bugünkü uğurunda mərkəzi rol oynayıb. Xüsusilə süni zəka sistemləri üçün hazırladığı GPU-ların texniki üstünlükləri və yüksək tələbatı "Nvidia"ya bazarda açıq fərqlə liderlik qazandırıb.

Bu səbəbdən "Intel"in məhz bu dövrdə GPU sahəsinə yönəlməsi diqqət çəkir. Tan keçən il mart ayında baş direktor vəzifəsinə gələndə şirkətin daha sadə bir struktura sahib olacağını və əsas iş sahələrinə fokuslanacağını bildirmişdi. GPU-lar nəticə etibarilə yarımkeçirici olsa da, bu addım "Intel" üçün əhəmiyyətli bir genişlənmə deməkdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

1950‑ci illərdən 10 qənaətcil məsləhət

04.02.2026

Dövlət büdcəsinin gəlirləri artıb

04.02.2026

"Intel" "Nvidia"nın bazarına girir: GPU təşəbbüsü ilə tarazlıqlar dəyişə bilər

04.02.2026

"Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?

04.02.2026

İcra hakimiyyətində struktur dəyişikliyi – İki nəfər vəzifəsini itirdi

04.02.2026

İşçilər artıq iş yerlərini itirməkdən qorxmurlar

04.02.2026

ABŞ prezidentlərinin aldığı ən bahalı hədiyyələr

04.02.2026

Barbara Korcoranın maliyyə fəlakətindən qoruyan 5 əsas məsləhəti

04.02.2026

Azərbaycanın kimə və nə qədər borcu var? - SİYAHI

04.02.2026

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşüb

04.02.2026

Ölüm halından sığortada yığımlar və ödənişlər artıb

04.02.2026

İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir

04.02.2026

Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir

04.02.2026

Pambıq ixracı azalıb

04.02.2026

Əlverişsiz hava şəraiti Heydər Əliyev Aeroportunun uçuşlarına təsir edib? - AÇIQLAMA

04.02.2026

Tibb Universitetində təmir başlayır - yarım milyon xərclənəcək

04.02.2026

Qızıl ehtiyatları tükənsə, nə baş verər?

04.02.2026

Səhmlər 5 min manatdan başlayan qiymətlə satışa çıxarılır

04.02.2026

Son bir ayda sərvətlərindən milyardlar itirən milyarderlər açıqlanıb

04.02.2026

Bu il rezidentura imtahanları elektron formada olacaq

04.02.2026

Məzənnə

Yüklənir...