Redaktor
İlon Mask süni intellektin təhlükəsiz inkişafı üçün zəruri prinsipləri açıqladı
"Tesla", "SpaceX" və "xAI" şirkətlərinin rəhbəri İlon Mask süni intellektin (Al) potensial təhlükələri barədə növbəti xəbərdarlığını edərək, bu texnologiyanın təhlükəsiz inkişafını təmin edə biləcək üç əsas prinsip müəyyənləşdirib.
Valyuta.az xəbər verir ki, CNN-in məlumatına görə, o, bu barədə hindistanlı milyarder Nihil Kamata verdiyi müsahibədə danışıb.
Mask qeyd edib ki, Al ilə bağlı müsbət gələcək heç də zəmanətli deyil, çünki güclü texnologiyalar dağıdıcı potensiala sahib ola bilər. 2015-ci ildə "OpenAI"ın həmtəsisçisi olan, lakin 2018-ci ildə kommersiyalaşdırma ilə bağlı fikir ayrılıqları səbəbilə idarə heyətindən ayrılan Mask Al üçün əsas istiqamətləri belə təsvir edib: həqiqət, gözəllik və maraq.
Mask deyib: "Əgər Al həqiqətə ciddi şəkildə əməl etməsə, internetdən saysız-hesabsız yalan məlumatları mənimsəyəcək və bu, onun mühakimə qabiliyyətini pozacaq".
Onun sözlərinə görə, Al-ı yanlış məlumatlara inanmağa məcbur etmək onu “dəliliyə sürükləyə” və nəticədə səhv, potensial təhlükəli qərarlara gətirib çıxara bilər.
Sənayedə əsas problemlərdən biri olan “hallüsinasiyalar” — yanlış məlumatın generasiyası — hələ də ciddi çağırış olaraq qalır. Mask bu il "iPhone" cihazlarında "Apple Intelligence" funksiyasının yaydığı saxta bildirişləri, o cümlədən dart oyunçusu Luk Littlerin uydurma qələbəsi barədə məlumatı nümunə kimi göstərib.
Maskın ikinci prinsipi - gözəllik hissidir. O etiraf edib ki, bunu formallaşdırmaq çətindir, lakin gördükdə tanıyırsınız. Üçüncü prinsip isə maraqdır - Al-ən reallığın mahiyyətini anlamağa yönəlməsi və insan sivilizasiyasının davamına təsir göstərməyə can atması, onun məhvinə yox.
CNN xatırladır ki, Maskın xəbərdarlıqları digər ekspertlərin fikirləri ilə üst-üstə düşür. Al-ın “xaç atası” adlandırılan Ceffri Hinton daha əvvəl süni intellektin “bəşəriyyəti Yer üzündən silə” biləcəyinin ehtimalını 10–20% qiymətləndirərək, texnologiyanın təhlükəsizliyini təmin edəcək araşdırmalara diqqət yetirilməsinə çağırmışdı.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026