Redaktor
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Valyuta.az xəbər verir ki, müraciətdə deyilir:
Hörmətli konfrans iştirakçıları!
Sizi "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda ürəkdən salamlayıram.
2022-ci ildən başlayaraq təşkil olunan bu mötəbər beynəlxalq tədbir müasir dövrdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəsinə çevrilən konfransın iştirakçılarının sayının ilbəil artması onun ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa gələcəkdə layiqli töhfələr verəcəyinə əminlik yaradır.
Müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qalmış Azərbaycan hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə aparmış, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışmışdır. Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilmişdir.
Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir. Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir.
Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi ölkəmizin postmünaqişə dövründə ardıcıl humanitar fəaliyyətinin bariz nümunəsidir. Bu Forumda Azərbaycan dünyanın 182 ölkəsini təmsil edən 60 minə yaxın iştirakçıya işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çağdaş şəhərsalma konsepsiyaları əsasında formalaşan müasir infrastrukturu və hazırda orada təhlükəsiz yaşayan 85 mindən çox azərbaycanlı üçün yaradılan layiqli həyat şəraitini təqdim etmişdir.
Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir.
Bu önəmli beynəlxalq konfrans nümunəsində ölkələr arasında, həmçinin cəmiyyətdə sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunması üçün fərqli siyasi maraqları ifadə edən partiyaların konstruktiv dialoqa, məsuliyyətli davranışa və milli maraqlar əsasında birgə fəaliyyətə üstünlük verməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir.
Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə əmin-amanlıq və rifah arzulayıram.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNabran yolu nə vaxt açılacaq?
17.06.2026Elektromobil idxalına çəkilən xərc 13,4 milyon dollar azalıb
17.06.2026Fərid Məmmədov: "Biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional üçbucaq yaratmışıq"
17.06.2026
Uşaqlar üçün bankların yığım əmanətləri - Şərtlər və faizlər
17.06.2026"Ötən il ticarətin maliyyələşdirilməsi üzrə 9,25 milyard dollarlıq layihə təsdiqlənib"
17.06.2026Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
17.06.2026Məhəmməd Əl Cassir: "İSDB ticarətin maliyyələşdirilməsinə 20 milyard dollar vəsait ayırıb"
17.06.2026Mikayıl Cabbarov: "Bakıdakı forumda 4.7 milyard dolları ötən 32-dən çox saziş imzalanacaq"
17.06.2026İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
17.06.2026Azərbaycanda sudan xüsusi məqsədlərlə istifadə ilə bağlı YENİ RÜSUMLAR
17.06.2026Toyuq sevərlərin seçimi hansı şəbəkədə daha sərfəlidir? - KFC, yoxsa Popeyes
17.06.2026Azərbaycan neftinin qiyməti 83 dollara yaxın olub
17.06.2026
Şirkət daxilində fond yaradılır, kollektivə "maaşınızdan tutulma olacaq" deyilir - İşçi icazə verməsə, mümkündür?
17.06.2026Rubl manata qarşı ucuzlaşdı
17.06.2026