Redaktor
İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 43 milyard 855,2 milyon manat, xərcləri isə 36 milyard 784,3 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, gəlirlər proqnozdan 6,1 % çox icra edilib, xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb. Bu isə 11 ayda icmal büdcəsində 7 milyard 106,9 milyon manat profisit yaranması ilə nəticələnib.
Niyə büdcədə 7 milyard manatdan çox artıq pul qaldı?
Valyuta.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, büdcədə profsitin yaranmasının bir neçə əsas səbəbi ola bilər: Bunları isə aşağıdakı kimi sadalamaq olar:
"Gəlirlərin gözləniləndən çox olması; neft-qaz gəlirləri yüksək olma ehtimalı; vergi və gömrük yığımları planı üstələməsi və sahibkarlıqdan gələn gəlirlərin artması və s. Digər səbəb isə xərclərin tam icra olunmamasıdır. Bəzi layihələr gecikib. Tikinti, infrastruktur, sosial proqramların bir hissəsi növbəti ilə keçib. Bundan başqa, təşkilatlar ayrılmış büdcəni tam istifadə etməyə bilər. Büdcə ehtiyatlı planlaşdırılıa bilər".

Ekspert vurğulayıb ki, dövlət bəzən "pis gün” və ya risklər üçün (məsələn, neft qiyməti düşməsi) xərcləri ehtiyatla planlaşdırır və buna görə artıq qalır. Profisitin izahını da verən Akif Nəsirli bildirib ki, bu dövlətin gəlirlərinin xərclərindən çox olması deməkdir:
"Yəni büdcəyə daxil olan pul, büdcədən xərclənən puldan artıqdır. Bu rəqəmlərə görə, gəlir 43,855.2 mln manat, xərc 36,784.3 mln manat, fərq (profisit) isə təxminən 7,1 mlrd manat təşkil edir”.
Büdcədə artıq qalan pulun xərclənməsi haqqında da danışan Akif Nəsirli ilk olaraq vurğulayıb ki, profisit dövlət üçün əlavə maliyyə imkanı yaradır. Bu pul avtomatik xərclənmir, müxtəlif istiqamətlərə yönləndirilə bilər:
"Məsələn, artıq qalan vəsait ehtiyat fondlarına, infrastruktur layihələrinə (yollar, məktəblər, xəstəxanalar), sosial proqramlara (pensiya, müavinət, sosial dəstək), strateji layihələrə (enerji, təhlükəsizlik, müdafiə), xarici borcun ödənilməsinə yönləndirilə bilər. Adətən isə bu vəsaitin böyük hissəsi növbəti ilin büdcəsinə keçir.
Qeyd edim ki, profisit həm də dövlət üçün müsbət iqtisadi siqnaldır, gəlirlərin stabil olması və xərclərin planlı icrası deməkdir”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır
11.03.2026Britaniya banknotlarında Çörçillə Ostini quşlar və heyvanlar əvəzləyəcək
11.03.2026Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq
11.03.2026"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
11.03.2026“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026