Britaniya banknotlarında Çörçillə Ostini quşlar və heyvanlar əvəzləyəcək

Redaktor

11.03.2026 23:12
22

Britaniya banknotlarında Çörçillə Ostini quşlar və heyvanlar əvəzləyəcək

İngiltərə Bankı yeni banknot seriyası hazırlayır: tarixi şəxslərin, o cümlədən Uinston Çörçil və Ceyn Ostinin şəkilləri yerinə nadir quşlar və heyvanların təsvirləri qoyulacaq.

Valyuta.az bu barədə BBC-yə istinadən xəbər verir.

Ekspertlərin fikrincə, quş və heyvan təsvirlərini saxtalaşdırmaq insan üzü təsvirindən çətindir. Tezliklə vəhşi təbiət üzrə mütəxəssislər Britaniyada yaşayan nadir quş və heyvanların siyahısını hazırlayacaqlar.

Banknotların dizaynının dəyişdirilməsi mövzusu 2025-ci ilin yayında müzakirə olunub. O zaman İngiltərə Bankı bir neçə variant təqdim edib: memarlıq və turistik yerlər, incəsənət, mədəniyyət və idman, ölkənin tarixində mühüm hadisələr, innovasiya və kəşflər, təbiət və mənzərələr. Sorğuya qatılan britaniyalıların təxminən 60%-i təbiət təsvirlərini, 56%-i memarlığı seçib. Tarixi hadisələr ən az səs (19%) alıb.

Qeyd olunur ki, 1960-cı ildən İngiltərə Bankı banknotlarda monarxın şəkillərini yerləşdirib, 1970-ci ildən isə tarixi şəxslər təsvir olunmağa başlayıb. İlk şəxs Uilyam Şekspir olub. Hal-hazırda dövriyyədə Uinston Çörçil, Ceyn Ostin, Cozef Törner və Alan Tyuringin təsviri olan banknotlar mövcuddur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Britaniya banknotlarında Çörçillə Ostini quşlar və heyvanlar əvəzləyəcək

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...