Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Redaktor

23.05.2025 13:31
360

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Harvard Universitetinin əcnəbi tələbələri qəbul etmə hüququnu ləğv etdiyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu addım administrasiyanın elit ali təhsil müəssisələrinə təzyiq göstərmək cəhdlərinin ciddi şəkildə genişlənməsi kimi qiymətləndirilir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi son günlərdə Harvard Universitetinə rəsmi şəkildə bildiriş göndərərək, tələbə və mübadilə proqramları üzrə sertifikatlaşdırmanın dərhal ləğv olunduğunu bildirib. Nazir Kristi Noem tərəfindən imzalanan məktubda qeyd olunub ki, bu qərar həm mövcud, həm də gələcək əcnəbi tələbələrə şamil olunur. Nazirlik əlavə edib ki, "Harvard bundan sonra xarici tələbələri qəbul edə bilməz, mövcud əcnəbi tələbələr isə ya universiteti tərk etməli, ya da hüquqi statuslarını itirəcəklər".

Hazırda Harvard Universitetində təxminən 6 800 əcnəbi tələbə təhsil alır ki, bu da ümumi tələbə sayının təqribən 27 faizini təşkil edir. Əcnəbi tələbələrin ödənişləri universitetin maliyyə mənbələri üçün mühüm əhəmiyyət kəsb edir – təhsil haqqı illik 59 320 dollar, yaşayış və digər xərclərlə birlikdə isə 87 000 dollara qədər yüksəlir.

Universitetin mətbuat katibi Ceyson Nyuton açıqlamasında qərarı "qanunsuz" adlandırıb və bildirib ki, Harvard 140-dan çox ölkədən gəlmiş tələbə və alimlərin universitetə və ölkəyə verdiyi töhfələri yüksək qiymətləndirir. O deyib: "Bu cəza xarakterli addım Harvard icmasına və ölkəmizə ciddi zərər vurmaqla yanaşı, universitetin elmi və tədqiqat missiyasını da zəiflədir."

Qeyd edək ki, bu qərar ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Harvarddan tələb etdiyi genişmiqyaslı sənəd sorğusu ilə bağlı yaranmış hüquqi mübahisələrdən sonra verilib. Universitet administrasiyanın bu addımına qarşı ikinci dəfə məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Mütəxəssislər bu qərarı presedentsiz hesab edir və bildirirlər ki, indiyədək heç bir administrasiya bu səviyyədə universitetin tələbə qəbuluna müdaxilə etməyə çalışmayıb.

Sərvanə Rəmixanova

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...