Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Redaktor

29.12.2025 10:26
329

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

"Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq".

Valyuta.Az xəbər verir ki, bununla bağlı fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Bəs, özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq?

V.Bayramov qeyd edib ki, məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur:

"Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat - 200 manat x 3 faiz).

Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa, heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat (1000 manat - 800 manat x 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur.

Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada "Müharibə veteranı" adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni, gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əməkhaqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat - 400 manat x 3 faiz) vergi ödəyəcəklər".

"Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlar ilə yanaşı, son illər ölkəmizdə orta aylıq əməkhaqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsədəuyğun olardı", - deputat qeyd edib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda 22 mindən çox işsiz var

19.01.2026

İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi

19.01.2026

Azərbaycanın dövlət büdcəsində ötən il 528 milyon manata yaxın profisit olub

19.01.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

19.01.2026

Sabah bu yollar bağlanacaq

19.01.2026

"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb

19.01.2026

Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”

19.01.2026
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinə görə bankların RENKİNQİ

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinə görə bankların RENKİNQİ

19.01.2026

İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb

19.01.2026

"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib

19.01.2026

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir?

19.01.2026

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

19.01.2026

"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib

19.01.2026

Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

19.01.2026

Bu halda maşının cərimə meydançasında saxlanma xərci sürücüyə qaytarılacaq

19.01.2026

Bu sığorta şirkətlərində iş var!

19.01.2026

Yeni cərimə gəlir - 2500 manata qədər

19.01.2026

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

19.01.2026

Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

19.01.2026

Ödənişli yolda sürət həddi bu qədər olacaq

19.01.2026

Məzənnə

Yüklənir...