Redaktor
"Facebook" bir ayda Azərbaycandakı bazar payının 62 %-ni itirib
Bu ilin noyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 46,23 % (ötən ay 35,77 %, 1 il əvvəl 38,37 % olub) təşkil edib.
Valyuta.az-ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 10,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 7,86 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 10,55 faiz bəndi, il ərzində isə 17,37 faiz bəndi artaraq 31,04 % (20,49 % və 13,67 %) olub.
Növbəti yerdəki "Facebook"un bazar payı ay ərzində 17,65 faiz bəndi, illik isə 7,88 faiz bəndi azalaraq 10,68 % (28,33 % və 18,56 %) təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 62 % azalıb.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 2,06 faiz bəndi, illik müqayisədə isə 10,54 faiz bəndi azalaraq 5,7 % (7,76 % və 16,24 %) təşkil edib.
İlk beşliyi 4,46 %-lik (5,24 % və 7,95 %) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,78 faiz bəndi, illik müqayisədə isə 3,49 faiz bəndi azalıb.
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026