Redaktor
Ərəblərin “CFI Financial İnvestisiya”ya yatırdığı 3 milyon zərərə gedib? - Cəmi 469 manat gəlir
“CFI Financial İnvestisiya Şirkəti” 2025-ci ilin ilk yarısında böyük həcmdə zərər edib.
Valyuta.az xəbər verir ki, investiya şirkətinin zərəri sələfi “AzFinance”la müqayisədə 3,5 dəfə artaraq 2,95 milyon manata yüksəlib.
Belə ki, 2024-cü ilin avqustunda BƏƏ mərkəzli CFI Financial Group Azərbaycanda fəaliyyət göstərən “AzFinance İnvestisiya Şirkəti”ni alaraq “CFI Financial İnvestisiya Şirkəti” adı ilə yenidən brendləşdirib və şirkətdə payı 90% təşkil edib. Satınalmadan sonra şirkətin nizamnamə kapitalı 1,55 milyon manatdan 4,55 milyon manata yüksəlib. Başqa sözlə, səhmdarlar investisiya şirkətinə 3 milyon manat “maya qoyub”.
Lakin 2025-ci ilin ilk yarısının maliyyə göstəriciləri sərmayənin gözlənilən nəticəni vermədiyini göstərir. Şirkətin gəlirləri 2024-cü ildə 499 min manat idisə, 2025-ci ildə cəmi 469 manata düşüb. Əksinə, xərclər 852 min manatdan 2,95 milyon manata yüksəlib. Bu isə zərərin nə az, nə çox 3,5 dəfə və ya 2 mln. manatdan çox artması deməkdir. Zərərin “şişməsi” marketinq xərclərinin kəskin artması ilə bağlı olub - bu istiqamətdə 1,65 milyon manat xərclənib. Bundan başqa, işçi heyəti ilə bağlı xərclər 676,6 min manat, digər əməliyyat xərcləri isə 553,4 min manat təşkil edib. 2024-cü ildə isə bu istiqamətlər üzrə ümumi xərclər daha az - 852 min manat idi.
Paralel olaraq ilk altı ayda investisiya şirkəti kiçilib. Belə ki, cəmi aktivləri ilin əvvəlindəki 8,7 milyon manatdan 6,23 milyon manata düşüb. Bununla belə, cəmi öhdəlikləri 2,95 milyon manatdan 3,31 milyon manata yüksəlib.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub
07.07.2026Kraudfandinq haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
07.07.2026Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub
07.07.2026Dünyanın ən sürətli traktoru: "Formula 1" mühəndisliyi ilə əldə olunan rekord
07.07.2026Al agentlərinin görünməyən enerji xərci gözləniləndən daha böyükdür
07.07.2026İnvestisiya şirkətlərinin yarımillik həyata keçirdiyi əməliyyatların sayı - RENKİNQ
07.07.2026Azərbaycan kassa aparatlarını hansı ölkələrdən alır?
07.07.2026Yaponiyada hökumət strategiyası: 10 milyon robot insanlarla çalışacaq
07.07.2026CV niyə dərhal rədd edilir? HR mütəxəssisi gizli seçim meyarlarını izah etdi
07.07.2026Çin qabaqcıl süni intellekt modellərinə xaricdən çıxışı məhdudlaşdırmağı nəzərdən keçirir
07.07.2026“SİMPLEX” QSC-yə iki ayda 28,7 milyon manatlıq dövlət sifarişi verilib
07.07.2026"DeepSeek" öz süni intellekt çipini hazırlayır
07.07.2026Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
07.07.2026Azərbaycan dondurmanın kiloqramını 6,5 manata ixrac edib
07.07.20262029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
07.07.2026"Reddit" süni intellektlə mübarizədə yenə süni intellektdən istifadə edir
07.07.2026"Google" istifadəçilərin media fayllarını süni intellekt təlimi üçün istifadə edir
07.07.2026
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
07.07.2026Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub ®
07.07.2026