Redaktor
Elşad Hacıyev: Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin pulu geri qayıtmayıb
Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin pulu geri qayıtmayıb.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, əgər kiberdələduzluğa məruz qalan pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır.
“Pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır. Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”, - DİN rəsmisi vurğulayıb.
Elşad Hacıyev deyib ki, vətəndaşlarımız kibertəhdidlər kontekstində sosial şəbəkə məsələlərində çox ehtiyatsızdır.
O bildirib ki, bugünkü dövrdə ən çox narahatlıq yaradan hallar - kiberdələduzluq, kiberoğurluqdur: “Kiberdələduzluq halları əsasən xaricdən gələn zənglər vasitəsilə vətəndaşın bank kartına müdaxilə edilməsi, hansısa alış-veriş saytında onun öz şəxsi məlumatlarını, yəni bank kart məlumatlarını daxil etməklə alış-veriş etməsi və s. hallar üzrə baş verir”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTeylor Svift və Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum olub
12.07.2026
19 yaşında qurduğu şirkətlə necə dünyanın ən gənc milyarderi oldu?
12.07.2026Televiziyanın ən çox qazanan aktyorları
11.07.2026Daşınmaz əmlakın icbari sığortasında ödənişlər 34,9% artıb
11.07.2026İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil
11.07.2026"Google" süni intellektlə hazırlanan reklamlara etiket əlavə edəcək
11.07.2026Tez-tez ezamiyyətə gedənlər üçün 5 faydalı səyahət məsləhəti
11.07.2026Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB
11.07.2026Kim daha çox pul xərcləyir – xoşbəxt, yoxsa kədərli insanlar?
11.07.2026