Dünyanın qızıl nəhəngləri: Kimin nə qədər ehtiyatı var?

Redaktor

04.01.2026 19:25
128

Dünyanın qızıl nəhəngləri: Kimin nə qədər ehtiyatı var? - SİYAHI

Qızıl dünyanın ən dayanıqlı dəyər saxlama vasitələrindən biri olmağa davam edir. 2025-ci ildə mərkəzi bankların rekord səviyyədə alışları qiymətlərin tarixi zirvələrə qalxmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, "BullionVault"un məlumatlarına görə, 2019-2024-cü illə arasında ən çox qızıl yığan ölkələr siyahısına Çin başçılıq edir. Türkiyə bu siyahıda 4-cüdür.

Ən çox qızıl yığan ölkələr (2019-2024)

(Qızıl ehtiyatlarına əlavə olunan miqdar - ton)

1. Çin: 331,3

2. Hindistan: 241,2

3. Polşa: 219,6

4. Türkiyə: 216,4

5. Sinqapur: 92,6

6. Yaponiya: 80,8

7. Tailand: 80,6

8. Macarıstan: 78,5

9. Qatar: 68,6

10. İraq: 66,4

2024-cü ilədək ABŞ və Avropa ölkələri bildirilən qlobal qızıl rezervlərinin 60%-dən çoxunu idarə edir. ABŞ 8.133,5 tonluq ehtiyatı ilə dünyanın ən böyük qızıl sahibidir. Miqdar onilliklərdir demək olar ki, dəyişməz qalıb, qızılların böyük hissəsi Fort Knox və Nyu-York Mərkəz Bankında saxlanılır. Cari qiymətlərlə ABŞ-ın qızıl rezervlərinin dəyəri 1 trilyon dollardan çoxdur və bu aktiv, dolların qlobal etibarlılığının əsas dayaqlarından biri hesab olunur.

Maraqlıdır ki, Özbəkistan dünyanın ən çox qızıl ehtiyatı olan 15-ci ölkədir.

Ən çox qızıl rezervinə sahib ölkələr (ton):

1. ABŞ – 8.133,5

2. Almaniya – 3.351,6

3. İtaliya – 2.451,9

4. Fransa – 2.437,0

5. Rusiya – 2.333,1

6. Çin – 2.279,6

7. İsveçrə – 1.039,9

8. Hindistan – 876,2

9. Yaponiya – 846,0

10. Niderland – 612,5

11. Türkiyə – 595,4

12. Polşa – 448,2

13. Portuqaliya – 382,7

14. Özbəkistan – 382,6

15. Səudiyyə Ərəbistanı – 323,1

Avropada vəziyyət necədir?

Almaniya, İtaliya və Fransanın ümumi qızıl rezervi təxminən 8.200 tona çatır və bu, ABŞ-la rəqabət edə biləcək səviyyədədir. Avropanın yüksək qızıl ehtiyatları qızılın beynəlxalq pul sisteminin təməlini təşkil etdiyi "Bretton Woods" dövrünə qədər gedib çıxır.

Çin və inkişafda olan ölkələrdə vəziyyət

Çin 2019-cu ildə 1.948 ton olan qızıl ehtiyatını 2024-cü ildə 2.280 tona çatdırıb. Bu artım Pekinin ABŞ istiqrazlarından asılılığını azaltmaq və yuanın qlobal rolunu gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Hindistanın ehtiyatı isə 876 ton səviyyəsindədir.

Özbəkistan və Səudiyyə Ərəbistanı kimi ölkələrin yüksək qızıl ehtiyatları, enerji və təbii sərvətlərlə zəngin iqtisadiyyatlarda qızılın getdikcə daha çox üstünlük qazandığını göstərir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Niyə ehtiyacımız olmayan məhsulları alırıq?

05.01.2026

İnvestisiyanın 7 qızıl qaydası

05.01.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

05.01.2026

Venesuelada neft hasilatının bərpası ABŞ-a 100 milyard dollara başa gələ bilər

05.01.2026

Məcnun Məmmədov çıxardı, Qoşqar Təhməzli vəzifə verdi

05.01.2026

Eldar Əzizovun nöqsanlara görə işdən çıxardığı rəisin yerinə daha bir təyinat

05.01.2026

Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi

05.01.2026

Prezident yerli televiziya kanallarına müsahibə verdi - Fotolar

05.01.2026

Avtomobillərin evdə şarj edilməsinə görə cərimə varmı? – "Azərişıq"dan açıqlama

05.01.2026

Masazırda bu yol təmir olunur

05.01.2026

Nəriman Topçibaşevin şirkəti "İmarət"i inşa edəcək - 60 milyonluq müqavilə

05.01.2026

Bu il Qarabağ Universitetinə 39 milyon ayrılacaq

05.01.2026

Kənddə çalışan müəllimlərin əməkhaqqılarına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək

05.01.2026

Xizək sürmək üçün nə qədər büdcə tələb olunur?

05.01.2026

"Sequoia" tərəfdaşları hansı startaplara "bəli" deyiləcəyinə necə qərar verdiklərini açıqlayıblar

05.01.2026

ABŞ dollarından rəsmi valyuta kimi istifadə edən ölkə və ərazilər

05.01.2026

"Koi" startapı üçün 400 milyon dollarlıq təklif

05.01.2026

Özəl banklara kredit qoyuluşu 1,7 milyard artıb

05.01.2026

Azərbaycan əhalisi ən çox bu sosial şəbəkə hesablarından istifadə edir

05.01.2026

Hər birimizin 2500 manat borcu var - Necə?

05.01.2026

Məzənnə

Yüklənir...