"Sequoia" tərəfdaşları hansı startaplara "bəli" deyiləcəyinə necə qərar verdiklərini açıqlayıblar

Redaktor

05.01.2026 15:49
109

"Sequoia" tərəfdaşları hansı startaplara "bəli" deyiləcəyinə necə qərar verdiklərini açıqlayıblar

"Sequoia Capital"ın tərəfdaşları bildiriblər ki, startaplara investisiya qərarlarında razılıqdan çox inam ön planda tutulur. Onların sözlərinə görə, şirkət tərəfdaşlar arasında fikir ayrılığını belə qiymətləndirə bilən səsvermə sistemindən istifadə edir və yüksək fərqlilik inamın göstəricisidir.

"Jack Altman" podkastının çərşənbə axşamı yayımlanan buraxılışında "Sequoia" tərəfdaşları Alfred Lin və Pat Qreydi komandanın hansı startaplara sərmayə yatırmaq qərarına gəldiyini izah ediblər.

Qreydi deyib ki, “Artıq on ildən çoxdur ki, hər investisiya üzrə hər kəsin verdiyi səsləri qeydə alırıq. Daxili məlumatlar göstərir ki, razılaşdırılmış və ya razılaşdırılmamış fikir olması fərq etmir. Əsas olan inamın mövcudluğudur.”

"Sequoia Capital" Menlo Parkda yerləşən tanınmış vençur kapital firmasıdır və bu günə qədər "Apple", "Nvidia", "Reddit" və "SpaceX" kimi şirkətlərə sərmayə yatırıb. Son dövrlərdə isə "Kalshi" adlı proqnoz bazarları şirkətinə və hüquq texnologiyaları üzrə fəaliyyət göstərən "Harvey" startapına yatırım edilib.

Qreydi, firmada təxminən 19 ildir çalışdığını bildirərək deyib ki, hər hansı startap üçün qərar verilməzdən əvvəl komanda üzvləri 1-dən 10-a qədər bal verir. 6 və yuxarı ballar "müsbət", 4 və daha aşağı ballar isə "mənfi" sayılır.

Əlavə edib: “Əgər hər kəs 6 bal verirsə, yəqin ki, bu investisiya edilməməlidir. Bu razılaşmadır, amma heç kimin inamı yoxdur. Əgər üç nəfər 9, üç nəfər isə 1 bal veribsə, bu, investisiyanın edilməli olduğuna dair güclü bir siqnaldır. Çünki 9 balların mövcudluğu 1 ballardan daha güclü siqnaldır.”

Alfred Lin isə firmada 2010-cu ildən çalışdığını qeyd edərək əlavə edib ki, bu yanaşma risk almağa əsaslanan iş modelləri ilə uzlaşır:

“Bizə dəyişkənlik lazımdır, çünki həqiqət, hamının razı qaldığı ortada deyil,” – deyə o bildirib.

Tərəfdaşlar əlavə ediblər ki, "Sequoia"da gənc investorlar – adətən təhsildə yüksək nəticələr göstərmiş şəxslər – risk almağı öyrənməlidirlər.

Qreydi deyib ki, “Komandamıza qoşulan bir çox insanın uğursuzluq təcrübəsi az olur və biz onların bununla barışmasına kömək etməliyik. Əks halda, fərqlənən qələbələr əldə edə bilməyəcəyik.”

Tənzilə Ağabalyeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən böyük texnologiya sərgisində təqdim olunan ən qəribə texnoloji yenilik TOP-5

07.01.2026

Azərbaycan banklarının xarici aktivləri 428 milyon manat azalıb

07.01.2026

“Azər Türk Bank”da yeni baş direktor təyin edilib

07.01.2026

Mərkəzi Bankın 218 milyon avroluq yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb

07.01.2026

Mərkəzi Bankının valyuta ehtiyatları 5% artıb

07.01.2026

ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

07.01.2026

Türkiyədə səhm bazarında manipulyasiya görə 15 nəfər saxlanılıb

07.01.2026

Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

07.01.2026

"Bu biznes gündə 4–6 saat vaxt alacaqsa, mən nə itirirəm?"

07.01.2026

Hər gün 40 milyondan çox insan sağlamlığına görə ChatGPT-yə müraciət edir

07.01.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

07.01.2026

Bu kollecə direktor əvəzi təyin edildi

07.01.2026

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

07.01.2026

Rubl bahalaşdı

07.01.2026

Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq

07.01.2026

2026-cı ildə necə uğurlu investisiya etmək olar? - SƏHƏR OXUSU

07.01.2026

Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

06.01.2026

Mexaniklərin uzaq durmağı tövsiyə etdiyi 5 lüks avtomobil

06.01.2026

Bu məhsullar Azərbaycandan xaricə 1,2 milyard dollara ixrac edilib

06.01.2026

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb

06.01.2026

Məzənnə

Yüklənir...