Redaktor
Bu məhsullar Azərbaycandan xaricə 1,2 milyard dollara ixrac edilib
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 1,2 milyard ABŞ dolları dəyərində aqrar və aqrar-sənaye məhsulları ixrac olunub.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 212 milyon ABŞ dolları və ya 21,4 faiz artım deməkdir. Qeyd edək ki, ötən ilin eyni dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə ixrac 988 milyon ABŞ dolları dəyərində olub.
Cari ilin yanvar-noyabr aylarında yalnız aqrar məhsullar üzrə ixracın dəyəri 892,1 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 190,4 milyon ABŞ dolları və ya 27,1 faiz çoxdur.
Digər tərəfdən, 288,2 milyon ABŞ dolları dəyərində aqrar-sənaye məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 900 min ABŞ dolları və ya 0,31 faiz artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında 701,7 milyon ABŞ dolları dəyərində aqrar, 287,3 milyon ABŞ dolları dəyərində isə aqrar-sənaye məhsulları ixrac olunub.
Tənzilə Ağabalayeva