Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

Redaktor

06.01.2026 23:22
57

Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha da azalmasına nail olmaq niyyətini bəyan edib.

Valyuta.az xəbər verir ki, Tramp bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının qarşısında çıxışı zamanı deyib.

"Mən neft şirkətləri ilə görüş keçirəcəyəm. Söhbətin nədən getdiyini bilirsiniz. Biz daha çox neft hasil etməliyik ki, bu da onun qiymətini daha da aşağı salmağa imkan verəcək", - Amerika lideri bildirib.

Onun təqdim etdiyi versiyaya görə, Vaşinqtonda hakimiyyətdə olduğu təqribən bir il ərzində enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə azalıb.

"Televiziyada deyirlər ki, enerji daşıyıcılarının qiymətləri 3 % azalıb. Lakin onlar 3 % azalmayıb", - Tramp iddia edib. Onun sözlərinə görə, ABŞ-də benzinin qallonu (ABŞ qallonu təxminən 3,7 litrdir - red.) 3,50 – 4 dollar idi, indi isə bir çox yanacaqdoldurma məntəqələrində benzinin qallonu 1,99 dollar təşkil edir. "Və qiymətlər daha da aşağı düşəcək", - Amerika lideri əminliyini ifadə edib.

Tramp həmçinin ABŞ-də dərmanların qiymətlərinin azalmasına nail olmaq məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə görüş keçirmək niyyətində olduğunu bildirib.

©Report

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi

08.01.2026

DYP sürücülərə xəbərdarlıq etdi

08.01.2026

Rubl bir az da bahalaşdı

08.01.2026

"Pulun səni niyə dəyişdirdiyini başa düşmürsənsə, onu saxlaya bilməyəcəksən" - SƏHƏR OXUSU

08.01.2026

Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı

07.01.2026

ABŞ Venesuela neftinin satışına başlayıb

07.01.2026

FED-in təsiri, geopolitik səssizlik - 2026-cı ildə investisiya səbətini necə dolduraq?

07.01.2026

"OpenAI"-"Pinterest" iddiası aranı qarışdırdı: İstifadəçilərdən sərt reaksiya

07.01.2026

Arda Güler dünyanın ən bahalı futbolçularından biri oldu

07.01.2026

Tovuzdakı "Qəhrəmanlar Parkı"nı təmir edəcək şirkət kimindir?

07.01.2026

Şahin Bağırov onu idarə rəisi təyin etdi - FOTO

07.01.2026

524 milyard dollar uğrunda mübarizə: Ukraynanı kim bərpa edəcək?

07.01.2026

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək

07.01.2026

OPEC 4 ölkənin yüksək hasilata görə yenilənmiş kompensasiya planlarını təqdim edib

07.01.2026

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

07.01.2026

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

07.01.2026

Prezidentdən 6,3 milyon manatlıq - SƏRƏNCAM

07.01.2026

AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı

07.01.2026

Bu rayonun qaz təchizatı üçün 4 milyonluq tender elan edilib

07.01.2026

Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi

07.01.2026

Məzənnə

Yüklənir...