Redaktor
ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 31 dekabr 2024-cü il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatında istiqrazlarla bağlı mühüm məqamlar açıqlanıb.
Valyuta.az "Oxu.Az"a istinadən xəbər verir ki, 12 mart 2024-cü il tarixində QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, ümumi nəzarətdə olan müəssisə tərəfindən buraxılmış 158 milyon manat dəyərində istiqrazlar əldə edib. İlkin tanınma zamanı istiqrazlar ədalətli dəyərlə uçota alınıb və ədalətli dəyərlə balans dəyəri arasındakı 55 milyon 583 min manat məbləğində fərq əməliyyatın ümumi nəzarətdə olan müəssisə ilə və hökumətin göstərişi əsasında həyata keçirilməsi səbəbindən birbaşa kapitalda tanınıb.
İstiqrazların ədalətli dəyərinin müəyyən edilməsi zamanı emitentin maliyyə əmsalları və likvidliyi nəzərə alınmaqla ehtimal olunan CCC+ kredit reytinqi əsas götürülüb və bazar gəlirliliyi 17.01 faiz səviyyəsində qiymətləndirilib. Hesablamada istifadə edilən diskont dərəcəsi (gələcəkdə əldə olunacaq pul vəsaitlərinin bugünkü dəyərini hesablamaq üçün istifadə olunan faiz dərəcəsi) rəhbərliyin təxminindən 1 faiz yüksək və ya aşağı olsaydı, istiqrazların ədalətli dəyəri müvafiq olaraq 2 milyon 926 min manat azalacaq və ya 3 milyon 44 min manat artacaqdı.
Hesabat tarixinə QSC rəhbərliyi istiqrazların ilkin tanınma tarixindən etibarən kredit riskində əhəmiyyətli artımın olub-olmadığını qiymətləndirib. Müqavilə üzrə ödənişlərdə gecikmələr və emitentin maliyyə göstəricilərinin davamlı pisləşməsi nəzərə alınaraq, istiqrazlar kredit üzrə dəyərsizləşmiş aktiv kimi qiymətləndirilib və 3-cü mərhələyə (iqtisadi ədəbiyyatda defolt mərhələsi kimi xarakterizə olunur) keçirilib.
Nəticədə, "GKZ Moody`s"in illik defolt araşdırmasına əsasən, emitent üçün 100 faiz defolt ehtimalı qəbul olunub. Defolt halında zərər göstəricisi nəzərə alınmaqla hesablanan 69 milyon 623 min manat məbləğində dəyərsizləşmə zərəri, ümumi nəzarətdə olan müəssisələr arasında aparılan əməliyyatlara uyğun olaraq, birbaşa kapitalda tanınıb.
Hesabatda 158 milyon manat dəyərində istiqrazı alınan müəssisənin adına aydınlıq gətirilməyib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026Mövzu: AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
11.03.2026Sabah 13 dərəcə isti olacaq
11.03.2026“ADA” Universitetinin tenderi ləğv edildi
11.03.2026Daha 8 startap vergidən azad olundu
11.03.2026
500 manatla corab brendi qurdu - 15 manata satır
11.03.2026İcra başçısı 27 nəfəri işdən çıxardı
11.03.2026
"Kredit borcuna görə maaşın 95%-i tutulub" - Bu mümkündürmü?
11.03.2026“AzInTelecom” tərəfindən 65 minə yaxın IMEI koda “klon” statusu verilib ®
11.03.2026"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək
11.03.2026Azərbaycanda banklara belə nəzarət ediləcək
11.03.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
11.03.2026"Forbes"ə görə dünyanın ən zəngin 5 milyarderi açıqlanıb
11.03.2026