Dünyanın ən böyük texnologiya sərgisində təqdim olunan ən qəribə texnoloji yenilik

Redaktor

07.01.2026 10:55
86

Dünyanın ən böyük texnologiya sərgisində təqdim olunan ən qəribə texnoloji yenilik - TOP-5

CES 2026 (Consumer Electronics Show) sərgisi texnologiya nəhənglərinin böyük təqdimatları ilə yadda qalsa da, tədbirin əsl marağı insanı “Bunu kim düşünüb?” deməyə vadar edən qeyri-adi qurğulardır.

Valyuta.az dünyanın ən böyük texnologiya sərgilərindən biri olan CES 2026-da indiyədək nümayiş etdirilən ən qəribə texnoloji məhsulları təqdim edir.

Masanızdan sizi izləyən AI anime köməkçisi

Razer tərəfindən ötən il e-idman məşqçisi kimi tanıdılan "Project AVA" bu dəfə 5,5 düymlük holoqrafik masaüstü köməkçiyə çevrilib. Oyun strategiyaları, məhsuldarlıq, gündəlik planlama və hətta şəxsi məsləhətlər verə bilir. İstifadəçilər Kira və ya Zane kimi fərqli personajlar seçə bilirlər. Daxili kamera ilə istifadəçini və ekranı izləməsi diqqət çəkir. Layihə hələ konsept mərhələsindədir.

Yaşlılar üçün qucaqlana bilən AI panda robot

"Mind With Heart Robotics"in "AnAn" adlı AI panda robotu yaşlılara emosional dəstək məqsədi daşıyır. Toxunuşa reaksiya verən sensorlar, səsi və vərdişləri xatırlayan emosional AI sayəsində zamanla daha fərdiləşir. Yaddaş çətinliyi olanlara gündəlik xatırlatmalar edir və baxıcıları məlumatlandırır.

Səssiz işləyən, AI-li buz aparatı - 500 dollar

"GoveeLife AI NoiseGuard" texnologiyası ilə səs-küyü azaldan "Smart Nugget Ice Maker Pro"nu təqdim edib. Qurğu 6 dəqiqəyə buz hazırlayır, günə 60 funtadək istehsal edir. Qiymət 499,99 dollardır.

Titrəyən ultrasəs mətbəx bıçağı

"Seattle Ultrasonics" bıçağı saniyədə 30 min dəfədən çox titrəyən texnologiya ilə qidanı daha asan kəsir. Titrəmə gözə görünmür, səs və hiss yaratmır. 399 dollar qiymətlə ön sifarişdədir.

Beyində musiqi “çala bilən” lolipop

Lollipop Star sümük keçiriciliyi texnologiyası ilə musiqini birbaşa daxili qulağa ötürən musiqili lolipop nümayiş etdirib. 

Səvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi

08.01.2026

DYP sürücülərə xəbərdarlıq etdi

08.01.2026

Rubl bir az da bahalaşdı

08.01.2026

"Pulun səni niyə dəyişdirdiyini başa düşmürsənsə, onu saxlaya bilməyəcəksən" - SƏHƏR OXUSU

08.01.2026

Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı

07.01.2026

ABŞ Venesuela neftinin satışına başlayıb

07.01.2026

FED-in təsiri, geopolitik səssizlik - 2026-cı ildə investisiya səbətini necə dolduraq?

07.01.2026

"OpenAI"-"Pinterest" iddiası aranı qarışdırdı: İstifadəçilərdən sərt reaksiya

07.01.2026

Arda Güler dünyanın ən bahalı futbolçularından biri oldu

07.01.2026

Tovuzdakı "Qəhrəmanlar Parkı"nı təmir edəcək şirkət kimindir?

07.01.2026

Şahin Bağırov onu idarə rəisi təyin etdi - FOTO

07.01.2026

524 milyard dollar uğrunda mübarizə: Ukraynanı kim bərpa edəcək?

07.01.2026

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək

07.01.2026

OPEC 4 ölkənin yüksək hasilata görə yenilənmiş kompensasiya planlarını təqdim edib

07.01.2026

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

07.01.2026

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

07.01.2026

Prezidentdən 6,3 milyon manatlıq - SƏRƏNCAM

07.01.2026

AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı

07.01.2026

Bu rayonun qaz təchizatı üçün 4 milyonluq tender elan edilib

07.01.2026

Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi

07.01.2026

Məzənnə

Yüklənir...