"Koi" startapı üçün 400 milyon dollarlıq təklif

Redaktor

05.01.2026 14:45
99

"Koi" startapı üçün 400 milyon dollarlıq təklif

Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ABŞ-ın "Palo Alto Networks" şirkəti, proqram təminatı ekosistemlərinə tam şəffaflıq təmin edən "Koi" adlı startapı təxminən 400 milyon dollara almaq üçün danışıqlar aparır.

Valyuta.az xəbər verir ki, məlumat rəsmi təsdiqlənməsə də, iddia olunan satınalma şirkətin məhsul portfelini genişləndirmək strategiyası çərçivəsində qiymətləndirilir.

2024-cü ildə Amit Assaraf, İdan Dardikman və İtay Kruk tərəfindən təsis edilən "Koi", korporativ uç nöqtələrdə fəaliyyət göstərən proqram təminatı komponentlərinə - o cümlədən əlavələr, kitabxanalar və proqramçı alətlərinə - tam şəffaflıq təqdim etməyi hədəfləyir. Şirkətin təqdim etdiyi əsas həllərdən biri olan "Supply Chain Gateway", müəssisələrə daxil olan proqram təminatları üzərində mərkəzləşdirilmiş nəzarət imkanı yaradır. Eyni zamanda, süni intellekt dəstəkləyən "Wings" adlı risk mühərriki real vaxt rejimində tanınmamış təhdidləri aşkar edə bilir.

Hazırda 500 mindən çox uç nöqtəni qoruyan "Koi"nin müştəri bazasına "OpenAI", "Jump Trading" və "Fireblocks" kimi şirkətlər daxildir. Startap bu günə qədər ümumilikdə 48 milyon dollar sərmayə cəlb edib.

Xatırladaq ki, "Palo Alto Networks" 2025-ci il ərzində "Protect AI", "CyberArk" və "Chronosphere" kimi bir neçə yüksək profilli şirkəti alaraq məhsul çeşidini genişləndirmişdi. Bununla belə, "Koi" ilə bağlı danışıqlar barədə tərəflərdən hələlik rəsmi açıqlama verilməyib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən böyük texnologiya sərgisində təqdim olunan ən qəribə texnoloji yenilik TOP-5

07.01.2026

Azərbaycan banklarının xarici aktivləri 428 milyon manat azalıb

07.01.2026

“Azər Türk Bank”da yeni baş direktor təyin edilib

07.01.2026

Mərkəzi Bankın 218 milyon avroluq yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb

07.01.2026

Mərkəzi Bankının valyuta ehtiyatları 5% artıb

07.01.2026

ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

07.01.2026

Türkiyədə səhm bazarında manipulyasiya görə 15 nəfər saxlanılıb

07.01.2026

Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

07.01.2026

"Bu biznes gündə 4–6 saat vaxt alacaqsa, mən nə itirirəm?"

07.01.2026

Hər gün 40 milyondan çox insan sağlamlığına görə ChatGPT-yə müraciət edir

07.01.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

07.01.2026

Bu kollecə direktor əvəzi təyin edildi

07.01.2026

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

07.01.2026

Rubl bahalaşdı

07.01.2026

Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq

07.01.2026

2026-cı ildə necə uğurlu investisiya etmək olar? - SƏHƏR OXUSU

07.01.2026

Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

06.01.2026

Mexaniklərin uzaq durmağı tövsiyə etdiyi 5 lüks avtomobil

06.01.2026

Bu məhsullar Azərbaycandan xaricə 1,2 milyard dollara ixrac edilib

06.01.2026

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb

06.01.2026

Məzənnə

Yüklənir...