İnvestisiyanın 7 qızıl qaydası

Redaktor

05.01.2026 18:13
104

İnvestisiyanın 7 qızıl qaydası

Bəziləri investisiyanı sadəcə şans işi hesab edir. Bir tərəfdən bu doğrudur – çünki siz pulunuzu bir şirkətə yatırır və onun dəyərinin zamanla artacağını ümid edirsiniz. Gələcəyi isə nə şirkət, nə sənaye, nə də ümumi iqtisadiyyat baxımından qabaqcadan bilmək mümkün deyil. Bu, yüksək riskli, amma potensial olaraq yüksək gəlirli bir fəaliyyətdir.

Qarantiyası olmasa da, investisiya sərvət yaratmağın ən güclü yollarından biridir. Doğru zamanlama və strategiyalarla uğur şansınızı artırmaq mümkündür.

Aşağıda təqdim olunan yeddi qızıl qayda bu işdə sizə kömək edə bilər.

1. Tez başlayın və davamlı olun

Kiçik məbləğlə başlamağınızın fərqi yoxdur – əsas odur ki, erkən başlayıb mütəmadi olaraq investisiya edəsiniz. Əgər bu günə qədər başlamamısınızsa, özünüzü günahlandırmayın – indi başlayın və hər ay büdcənizə uyğun gələn məbləğlə davam edin. Gəliriniz artdıqca yatırdığınız məbləği də artıra bilərsiniz.

2. Yalnız itirə biləcəyiniz qədər sərmayə qoyun

Əlbəttə ki, heç kim pulunu itirmək üçün investisiya etmir, amma bu riski göz önündə tutmaq vacibdir. Fond bazarında heç bir zəmanət yoxdur. Yatırdığınız məbləğin itirilməsi gündəlik xərclərinizə mane olmamalıdır.

Riskə nə qədər dözümlü olduğunuzu qiymətləndirin və buna uyğun sərmayə strategiyası qurun. İnvestisiyanı aylıq xərclərinizin bir hissəsi kimi düşünün – ipoteka və ya kommunal ödənişlər kimi.

3. Tanıdığınız sahəyə sərmayə qoyun və uzunmüddətli düşünün

Məşhur investor Uorren Baffetin bu qaydası uğurun açarlarından biridir. Bir şirkətə yatırım etdikdə onun sahibi olursunuz. Bu səbəbdən şirkətin fəaliyyəti, müştəri bazası və rəqibləri haqqında məlumatınız olmalıdır.

Qısa müddətli trendlərə əsaslanaraq alqı-satqı etmək cəlbedici görünə bilər, amma əsas qazanc uzunmüddətli investisiyalarda əldə edilir. Bu zaman bazar dəyişikliklərinə dözümlü olmaq və yığımın gücündən faydalanmaq mümkündür.

Gündəlik həyatınızdakı təcrübələr də sizə investisiya fikirləri verə bilər. Məsələn, daim istifadə etdiyiniz və yüksək keyfiyyətli hesab etdiyiniz bir məhsulun istehsalçısına sərmayə qoymaq məntiqlidir.

4. Portfelinizi diversifikasiya edin

Bütün sərmayəni bir sektora və ya bir şirkətə yatırmaq olduqca risklidir. Portfeliniz müxtəlif sektorları və aktiv növlərini əhatə etməlidir. Kiçik, orta və iri kapitala malik şirkətlərin səhmləri, həmçinin artım və dəyər səhmləri bir arada olmalıdır.

Diversifikasiya birdəfəlik deyil – zaman keçdikcə planınızı nəzərdən keçirməlisiniz. Əgər çalışdığınız şirkətdə səhmləriniz varsa, bu da ümumi portfelinizin bir hissəsi sayılmalıdır. Məsələn, texnologiya sahəsində çalışırsınızsa və şirkət səhmlərinə sahibsinizsə, əlavə texnologiya şirkətlərinə sərmayə yatırmaq riski artırır.

5. Bazarı zamanlamağa çalışmayın

Ən uğurlu investorlar uzunmüddətli investisiyanı seçirlər. Bazarın gedişatına əsaslanaraq alqı-satqı etmək az hallarda effektiv olur.

Bazarı "doğru zamanda" tərk edib sonra geri qayıtmaq nəzəri olaraq mümkün görünsə də, praktiki olaraq bu, çox çətindir. Çünki bazardakı azalmaların müvəqqəti, yoxsa davamlı olduğunu təyin etmək olduqca çətindir.

Əksər hallarda investorlar bazarı tərk etdikdə artıq dəyər itirmiş olurlar və yenidən bazara gec qayıtdıqları üçün əsas yüksəlişi qaçırırlar.

6. Komissiya və xərclərə diqqət edin

Doğru səhmləri seçdiyiniz halda qazancınızın komissiyalarla əriyib getməsi istənilməzdir. Komissiyasız onlayn hesabda sərmayələrinizi özünüz idarə etməklə bu xərclərin qarşısını ala bilərsiniz.

Əgər sərmayə idarəsini başqasına həvalə edirsinizsə, ödədiyiniz haqqın qarşılığında əldə etdiyiniz gəlirin buna dəyib-dəymədiyini qiymətləndirin. Bu haqlar illər ərzində yığılıb təqaüdə çıxdığınızda sərvətinizdə ciddi fərq yarada bilər.

7. Əks istiqamətdə düşünün və portfelinizi mütəmadi olaraq təhlil edin

Uorren Baffetin məşhur sözlərindən biri belədir: “Başkaları tamahkar olanda qorxaq olun, başqaları qorxaq olanda isə tamahkar olun.” Strateji planınız olsa da, onu zaman-zaman nəzərdən keçirmək vacibdir.

Portfelinizi mütəmadi olaraq balanslaşdırmalısınız. Əgər bir sektor digər sahələri üstələyirsə, balans pozula bilər və gələcəkdə bu sektorun zəifləməsi sizin ümumi portfelinizə zərər verə bilər.

Ayı bazarında (qiymətlərin ümumi eniş göstərdiyi dövrdə) alım fürsətləri yaranır. Səbirli və diqqətli olmaqla bu fürsətlərdən faydalanmaq mümkündür.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən böyük texnologiya sərgisində təqdim olunan ən qəribə texnoloji yenilik TOP-5

07.01.2026

Azərbaycan banklarının xarici aktivləri 428 milyon manat azalıb

07.01.2026

“Azər Türk Bank”da yeni baş direktor təyin edilib

07.01.2026

Mərkəzi Bankın 218 milyon avroluq yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb

07.01.2026

Mərkəzi Bankının valyuta ehtiyatları 5% artıb

07.01.2026

ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

07.01.2026

Türkiyədə səhm bazarında manipulyasiya görə 15 nəfər saxlanılıb

07.01.2026

Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

07.01.2026

"Bu biznes gündə 4–6 saat vaxt alacaqsa, mən nə itirirəm?"

07.01.2026

Hər gün 40 milyondan çox insan sağlamlığına görə ChatGPT-yə müraciət edir

07.01.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

07.01.2026

Bu kollecə direktor əvəzi təyin edildi

07.01.2026

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

07.01.2026

Rubl bahalaşdı

07.01.2026

Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq

07.01.2026

2026-cı ildə necə uğurlu investisiya etmək olar? - SƏHƏR OXUSU

07.01.2026

Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

06.01.2026

Mexaniklərin uzaq durmağı tövsiyə etdiyi 5 lüks avtomobil

06.01.2026

Bu məhsullar Azərbaycandan xaricə 1,2 milyard dollara ixrac edilib

06.01.2026

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb

06.01.2026

Məzənnə

Yüklənir...