ABŞ dollarından rəsmi valyuta kimi istifadə edən ölkə və ərazilər

Redaktor

05.01.2026 15:00
180

ABŞ dollarından rəsmi valyuta kimi istifadə edən ölkə və ərazilər

ABŞ dolları hazırda beş ABŞ ərazisində və dünyanın müxtəlif bölgələrində yerləşən 11 xarici ölkə, ərazi və bələdiyyədə rəsmi valyuta kimi istifadə olunur. Bundan əlavə, bir sıra ölkələrdə yerli valyutalarla yanaşı, ABŞ dolları da geniş şəkildə qəbul olunur və bu, onu qeyri-rəsmi şəkildə istifadə edilən valyutaya çevirir.

Valyuta.az İnvestopedi- a istinadən xəbər verir ki, dünyanın ən çox istifadə edilən valyutası olan ABŞ dolları eyni zamanda əsas ehtiyat valyutasıdır. Bu o deməkdir ki, dünyanın mərkəzi bankları tərəfindən böyük həcmdə saxlanılır. ABŞ dolları (tez-tez "yaşıl əskinas" adlandırılır) həm də beynəlxalq valyuta bazarında ən çox ticarət edilən valyutalardandır.

ABŞ dollarının tarixi

ABŞ-ın ilk Federal Ehtiyat əskinası olan 10 dollarlıq pul 1914-cü ildə çap olunub. Halbuki, 1 dollarlıq ABŞ əskinası 1862-ci ildə buraxılmışdı, lakin Corc Vaşinqtonun təsviri ilə 1 dollarlıq Federal Ehtiyat əskinası yalnız 1963-cü ildə dövriyyəyə daxil edildi.

1944-cü ildə ABŞ və müttəfiqləri "Bretton Vuds sazişi"ni imzalayaraq yeni beynəlxalq ticarət və maliyyə sistemi yaratdılar. Bu saziş çərçivəsində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı yaradıldı, ABŞ dolları isə dünya ehtiyat valyutası kimi qəbul edildi. Mərkəzi banklar ABŞ dolları ilə yerli valyutaları arasında sabit məzənnə tətbiq edirdilər.

1973-cü ildə bu sistem ləğv olundu. Lakin ABŞ dolları bir çox ölkələr tərəfindən əsas ehtiyat valyutası kimi istifadə olunmağa davam etdi. Bu, ABŞ iqtisadiyyatının sabitliyi və dolların beynəlxalq bazarlarda geniş dövriyyədə olması ilə əlaqədardır.

Maraqlı fakt

2024-cü il dekabrın 31-nə olan məlumata əsasən, dövriyyədə 55,4 milyard ədəd ABŞ əskinası mövcud olub və onların ümumi dəyəri təxminən 2,32 trilyon dollar təşkil edib. Bu vəsaitin təxminən yarısı ABŞ-dan kənarda dövriyyədədir.

ABŞ dollarından istifadə edən ölkə və ərazilər

Rəsmi valyuta kimi ABŞ dollarından istifadə edən ölkə və ərazilər bunlardır:

Beş ABŞ ərazisi və 11 xarici ölkə, ərazi və bələdiyyə:

"Britaniya Virgin adaları"

Ekvador

El-Salvador

"Marşall adaları"

Mikroneziya

Palau

Timor-Leste

"Törks və Kaikos adaları"

"Karib Niderland" adaları: Bonayre, Sint-Eystatius və Saba

ABŞ dollarının qeyri-rəsmi istifadəsi

ABŞ dolları dünyanın müxtəlif bölgələrində qeyri-rəsmi şəkildə də geniş istifadə olunur. Məsələn, Kanada və Meksikada, eləcə də bir sıra turizm məkanlarında alış-veriş zamanı ABŞ dolları qəbul edilir. Bu ölkələrə aşağıdakılar daxildir:

Baham adaları

Barbados

Beliz

Kosta-Rika

Panama

Bəzi ölkələrdə isə ABŞ dolları dominant valyuta kimi istifadə edilir, lakin rəsmi olaraq qanuni ödəniş vasitəsi kimi tanınmayıb. Bu ölkələr bunlardır:

Bermuda

Myanma

Kamboca

Kayman adaları

Honduras

Nikaraqua

Somali

ABŞ dolları sabitliyinə görə dünyanın ən geniş istifadə olunan valyutası olaraq qalır. Qlobal rəqəmsal valyuta sistemi geniş şəkildə qəbul olunmadığı müddətcə, dollar bu mövqeyini qoruyacaq.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən böyük texnologiya sərgisində təqdim olunan ən qəribə texnoloji yenilik TOP-5

07.01.2026

Azərbaycan banklarının xarici aktivləri 428 milyon manat azalıb

07.01.2026

“Azər Türk Bank”da yeni baş direktor təyin edilib

07.01.2026

Mərkəzi Bankın 218 milyon avroluq yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb

07.01.2026

Mərkəzi Bankının valyuta ehtiyatları 5% artıb

07.01.2026

ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

07.01.2026

Türkiyədə səhm bazarında manipulyasiya görə 15 nəfər saxlanılıb

07.01.2026

Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

07.01.2026

"Bu biznes gündə 4–6 saat vaxt alacaqsa, mən nə itirirəm?"

07.01.2026

Hər gün 40 milyondan çox insan sağlamlığına görə ChatGPT-yə müraciət edir

07.01.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

07.01.2026

Bu kollecə direktor əvəzi təyin edildi

07.01.2026

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

07.01.2026

Rubl bahalaşdı

07.01.2026

Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq

07.01.2026

2026-cı ildə necə uğurlu investisiya etmək olar? - SƏHƏR OXUSU

07.01.2026

Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

06.01.2026

Mexaniklərin uzaq durmağı tövsiyə etdiyi 5 lüks avtomobil

06.01.2026

Bu məhsullar Azərbaycandan xaricə 1,2 milyard dollara ixrac edilib

06.01.2026

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb

06.01.2026

Məzənnə

Yüklənir...