Redaktor
Venesuelada neft hasilatının bərpası ABŞ-a 100 milyard dollara başa gələ bilər
ABŞ prezidenti Donald Trampın Vaşinqtonun rəhbərliyi altında Venesuelanın neft sənayesini dirçəltmək planının həyata keçirilməsi uzun və mürəkkəb bir proses ola bilər.
Valyuta.az xəbər verir ki, "Bloomberg" bu barədə Rays Universitetinin Baker İctimai Siyasət İnstitutunun Latın Amerikası enerji siyasəti direktoru Fransisko Monaldiyə istinadən yazır.
Venesuellada neft hasilatının bərpası ABŞ şirkətlərindən 100 milyard dollardan çox investisiya tələb edir.
Qeyd olunur ki, Venesuela neft hasilatını 1970-ci illərin zirvəsinə qaytarmaq üçün "Chevron Corp.", "Exxon Mobil Corp." və "ConocoPhillips" kimi şirkətlər növbəti onillikdə ildə təxminən 10 milyard dollar investisiya qoymalıdırlar.
Venesuela hazırda gündə təxminən 1 milyon barel neft istehsal edir ki, bu da 1974-cü ildəki təxminən 4 milyon bareldən azdır.
3 yanvar 2026-cı ildə ABŞ Venesuelaya qarşı hücuma keçdi və prezident Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. ABŞ ölkə liderini narkotik kartelinin yaradılması ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb etməyi planlaşdırır. Hazırda vitse-prezident Delsi Rodriges Venesuela prezidentinin səlahiyyətlərini icra edir.
Paşa Məmmədli