Niyə ehtiyacımız olmayan məhsulları alırıq?

Redaktor

05.01.2026 18:39
64

Niyə ehtiyacımız olmayan məhsulları alırıq?

Bəzən alış-verişdən sonra bu sual meydana çıxır: "Mən bunu ehtiyacım olmadan niyə aldım?"

Tədqiqatlar göstərir ki, alış-veriş çox zaman real məhsul ehtiyacından daha çox emosional boşluğun doldurulması vasitəsinə çevrilir. Davranış iqtisadiyyatı sahəsində tanınan psixoloq Riçard Talerin “Nudge” nəzəriyyəsində vurğulandığı kimi, insanlar rasional deyil, çox zaman emosional qərarlar verirlər. Məhdud iradə gücü və ani impulslar bu qərarları formalaşdırır.

Valyuta.az xəbər verir ki, Neyropsixoloji tədqiqatlara əsasən, stres və emosional gərginlik zamanı beynin qərarvermə funksiyasına cavabdeh olan prefrontal korteksin fəaliyyəti zəifləyir. Eyni zamanda, dopamin sistemi aktivləşir və beynimiz qısa müddətli “mükafat” axtarışına başlayır. Bu kontekstdə alış-veriş ani dopamin ifrazı yaradaraq müvəqqəti yaxşılaşma hissi verir.

2016-cı ildə aparılan bir araşdırma emosional yemək davranışı ilə emosional alış-veriş arasında oxşarlıqların olduğunu üzə çıxarıb. Bu davranış forması büdcəyə birbaşa təsir edir və israfçılığa səbəb olur. İnsanlar yorğun, tənha və ya emosional təzyiq altında olduqda, beyin tez bir rahatlama mənbəyi axtarır. Belə hallarda reklam və digər xarici stimulların təsiri artır: “Bu məhsulu alsan, özünü daha yaxşı hiss edəcəksən” kimi mesajlar daha inandırıcı görünür.

Lakin bu müsbət emosional reaksiya çox vaxt qısa müddətli olur.

Amerikalı psixoloq Brenə Braun qeyd edir:

"Nəyə ehtiyacın olduğunu bilirsənsə, onu almağa ehtiyac duymazsan".

Bu fikir insanın emosional vəziyyəti ilə real ehtiyacları arasında fərq qoymasının vacibliyini vurğulayır. Əsas ehtiyac çox vaxt bir əşya deyil, daxili emosional vəziyyəti anlamaq və onu tənzimləməkdir.

Bu səbəbdən alış-veriş qərarından əvvəl özümüzə belə bir sual vermək faydalı ola bilər: “Mən bu məhsulu niyə almaq istəyirəm?”

Bu sual, düşünülmüş və məqsədəuyğun istehlak davranışının formalaşmasında mühüm addım ola bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan banklarının xarici aktivləri 428 milyon manat azalıb

07.01.2026

“Azər Türk Bank”da yeni baş direktor təyin edilib

07.01.2026

Mərkəzi Bankın 218 milyon avroluq yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb

07.01.2026

Mərkəzi Bankının valyuta ehtiyatları 5% artıb

07.01.2026

ASCO-dan 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

07.01.2026

Türkiyədə səhm bazarında manipulyasiya görə 15 nəfər saxlanılıb

07.01.2026

Dövlət Agentliyi: Siqaretlərin qiymətləri ilə bağlı monitorinqlər aparılır

07.01.2026

"Bu biznes gündə 4–6 saat vaxt alacaqsa, mən nə itirirəm?"

07.01.2026

Hər gün 40 milyondan çox insan sağlamlığına görə ChatGPT-yə müraciət edir

07.01.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

07.01.2026

Bu kollecə direktor əvəzi təyin edildi

07.01.2026

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

07.01.2026

Rubl bahalaşdı

07.01.2026

Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq

07.01.2026

2026-cı ildə necə uğurlu investisiya etmək olar? - SƏHƏR OXUSU

07.01.2026

Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb

06.01.2026

Mexaniklərin uzaq durmağı tövsiyə etdiyi 5 lüks avtomobil

06.01.2026

Bu məhsullar Azərbaycandan xaricə 1,2 milyard dollara ixrac edilib

06.01.2026

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb

06.01.2026

Almaniya iqtisadiyyatında vəziyyət kritikdir: Məhsuldarlıq aşağı, vergilər çox yüksək...

06.01.2026

Məzənnə

Yüklənir...