Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

Redaktor

29.06.2025 11:15
373

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

Qadın sahibkarlar üçün hazırkı dövr tarixdə ən əlverişli mərhələlərdən biri hesab olunur. "Global Entrepreneurship Monitor" ("GEM") təşkilatının məlumatına əsasən, hazırda dünyada təxminən 658 milyon qadın şirkət təsisçisi və sahibi var.

Valyuta.az xəbər verir ki, bu göstərici 772 milyon kişi sahibkarla müqayisədə mühüm rəqəmdir.

Qadınların təxminən üçdə ikisi biznesə yeni başlayıb, kişilər arasında isə bu göstərici daha aşağıdır.

"GEM"in "Qadın sahibkarlığı hesabatı"nın müəllifi Amanda Elam qeyd edir ki, qadınların biznes fəaliyyəti səhiyyə və təhsil sahəsindəki boşluqların doldurulmasında mühüm vasitəyə çevrilib. Onun fikrincə, qadınların rəhbərlik etdiyi bizneslər yaşamaq üçün əlverişli mühit formalaşdırır və bu cür mühitlərdə digər şirkətlər də fəaliyyət göstərməyə meyilli olur.

Bütün bu meylləri nəzərə alan "Forbes" dünyanın ən varlı, sərvətini öz gücü ilə qazanan 50 qadının yer aldığı qlobal reytinq təqdim edib. Bu siyahıda yer alan qadınlar 13 ölkə və 4 qitəni təmsil edir. Onların ümumi sərvəti 276 milyard ABŞ dollarına bərabərdir. Bu göstərici 2021-ci ildən 10 milyard dollar az olsa da, 2017-ci illə müqayisədə 158 milyard dollar artım deməkdir.

Siyahının lideri, 38,8 milyard dollar sərvətlə İsveçrədən olan gəmiçilik maqnatı Rafaela Aponte-Diamantdır (Rafaela Aponte-Diamant). O, həyat yoldaşı Canluiçi Aponte ilə birlikdə "Mediterranean Shipping Company" şirkətini quraraq, bu gün dünyanın ən böyük gəmiçilik şirkətinə çevirmişdir. Rafaela bu biznesə cəmi 200 min dollarlıq kreditlə başlamış, 17 gəmidən ibarət donanma qurmuş və bu gün də şirkətin interyer dizaynı ilə məşğul olur.

İkinci pillədə ABŞ-dan olan Dayan Hendriks (Diane Hendricks) qərarlaşıb. Onun sərvəti 22,3 milyard dollar dəyərində qiymətləndirilir. O, "ABC Supply" tikinti materialları şirkətinin təsisçilərindəndir. Siyahıda ABŞ-dan ümumilikdə 18 qadın yer alıb. Tanınmış simalar – Opra Uinfri (Oprah Winfrey) və Şeril Sandberq (Sheryl Sandberg) də bu kateqoriyaya daxildir.

Bu elit siyahıya daxil olmaq üçün minimum 2,1 milyard dollar sərvət tələb olunur. "SpaceX" şirkətindən Qvinn Şotuell (Gwynne Shotwell), "Spanx"ın təsisçisi Sara Bleykli (Sara Blakely), Kim Kardaşyan (Kim Kardashian) və Teylor Svift (Taylor Swift) isə bu meyarı hələ ki ödəmir.

Çindən (Honqkonq daxil olmaqla) da 18 qadın siyahıya düşüb. Onların ən varlısı sabiq kimya müəllimi Conq Xuyjuan (Zhong Huijuan) hesab olunur. O, 1995-ci ildə "Hansoh Pharmaceuticals" şirkətini yaradıb və "Gainuo" adlı dərman vasitəsilə böyük uğur qazanıb. Şirkət illik 1,7 milyard dollar gəlirlə fəaliyyət göstərir və onkologiya sahəsində ixtisaslaşıb.

Siyahıdakı qadınların 24-ü Asiya-Sakit okean regionundandır. Onları Şimali Amerikadan olan 20 və Avropadan olan 6 qadın izləyir. Siyahının ən gənc üzvü, 38 yaşlı avstraliyalı Melani Perkins (Melanie Perkins)dir. O, 2013-cü ildə "Canva" dizayn proqramını yaradıb. Növbəti ən gənc isə, 49 yaşlı rusiyalı Tatyana Kim (Tatyana Bakalchuk)dir – o, "Wildberries" onlayn satış platformasının qurucusudur.

Qadınlar əsasən texnologiya və pərakəndə ticarət sahəsində uğur qazanıblar. Texnologiya sektorundan 14 qadın zənginlik əldə edib. Bu sahədə ən varlı şəxs, 10 milyard dollar sərvətə malik Cou Qunfey (Zhou Qunfei)dir. Onun rəhbərlik etdiyi "Lens Technology" şirkəti "Apple", "Samsung" və "Tesla" kimi şirkətlərə ekran komponentləri təchiz edir.

Sərvət baxımından qadınlarla kişilər arasında hələ də böyük fərq mövcuddur. Dünyanın ən varlı 50 kişi sahibkarının ümumi sərvəti 3,8 trilyon dollardır ki, bu da qadınlardan 14 dəfə çoxdur. Ümumilikdə, dünyada sərvətini öz gücü ilə qazanmış 1 920 kişi milyarder var ki, bu da qadınlardan 18 dəfə çoxdur.

Buna baxmayaraq, nikbinlik üçün əsaslar var. Hazırda qadınlar öz sərvətini qazanmış milyarderlər arasında 3,5% paya sahibdir. Bu göstərici 2017-ci illə müqayisədə 50%-lik artım deməkdir.

Mayya Hüseynova 

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

08.03.2026

Fermer qızının milyarderə çevrilmə hekayəsi - SƏHƏR OXUSU

08.03.2026

Prezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib

07.03.2026

“Azəralüminium”un ixrac gəlirləri 4,1 milyon dollar artıb

07.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

07.03.2026

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır

07.03.2026

"YouTube"da mesajlaşmaq mümkün olacaq

07.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

07.03.2026

Qənaətli həyat üçün 4 məsləhət açıqlanıb

07.03.2026

Bakının mənzil bazarı: Vəziyyət necədir?

07.03.2026

Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO

07.03.2026

2030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya

07.03.2026

İlk işdə uğur qazanmaq üçün əsas strategiyalar

07.03.2026

Avropa qaz uğrunda döyüşdə uduzur: Bazarda nə baş verir?

07.03.2026

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir

07.03.2026

Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək

07.03.2026

Azərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ

07.03.2026

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO

07.03.2026

Dubayda qızıl endirimlə satılmağa başlanılıb

07.03.2026

Azərbaycan neftinin qiyməti 94 dolları keçdi

07.03.2026

Məzənnə

Yüklənir...