Redaktor
Dünyada ən çox istifadə edilən sosial şəbəkələr - Siyahıda “İnstagram” lider, “TikTok” isə...
Bütün dünyada günlük olaraq internetdən istifadə statistikası 6 saat 37 dəqiqədirsə, sosial şəbəkələrdən istifadə isə 2 saat 31 dəqiqədir. Sosial şəbəkələrin istifadəsində isə maraqlı göstəricilər var.
Valyuta.az “Data.reportal”-a istinadən həmin siyahını təqdim edir.
Dünyada ən çox istifadə edilən sosial şəbəkə “İnstagram”dır. Sosial şəbəkələrdən istifadə edənlərin 91,8 faizi “İnstagram” istifadəçiləridir.
İkinci yerdə isə ölkəmizdə də ən çox istifadə edilən “Whatsapp” dayanır. Bu şəbəkədən istifadə edənlər isə 91,2 faizdir.
“Facebook” isə 71 faizlə 3-cü yerdə qərarlaşır.
Əvvəl “Twitter” indi isə “X” adlandırılan platformadan isə 69,1 faiz insan istifadə edir.
Daha çox xəbər platforması kimi tanınan “Telegram”dan isə 51,9 faiz şəxs istifadə edir.
Son dövrlərin məşhur sosial platforması olan “TikTok” populyarlığına baxmayaraq 6-cı yerdə qərarlaşıb. Dünyada 47,6 faiz insan bu sosial şəbəkədən istifadə edir.
“Facebook Messenger”dən yazışma platforması kimi isə 47 faiz istifadəçi yararlanır.
“Pinterest”-dən 38,8 faiz, “Snapchat”-dan isə 31,6 faiz şəxs istifadə edir.
Xüsusilə iş, müxtəlif biznes sahələri arasında popular olan “LinkedIn”dən isə cəmi 26,1 faiz insan istifadə edir.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026