Redaktor
Dünya Bankı: Qadınlar rəhbər və texniki vəzifələrin kiçik hissəsini tutur
Azərbaycanda qadınlar nəqliyyat və anbar sahələrində işçi qüvvəsinin cəmi 17 %-ni, energetikada 11 %-ni, tikintidə isə 8 %-ni təşkil edir.
Valyuta.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı Bakıda keçirilən "Azərbaycanda qadınların məşğulluğu və karyera inkişafında nümunəvi liderlik" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qadınlar bu kritik sektorlarda rəhbər və texniki vəzifələrin kiçik bir hissəsini tutur və bu, gender üzrə əhəmiyyətli maaş fərqinə səbəb olur: "Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərlə müqayisədə təxminən 35 % azdır. Bu fərqi aradan qaldırmaq üçün Azərbaycan bir sıra konkret addımlar atıb. 2022-ci ilin sonlarında Dünya Bankının analitik işinin dəstəyi ilə Azərbaycan qadınların məşğulluğuna gender əsaslı hüquqi məhdudiyyətləri ləğv edib. 2023-cü ildə ölkədə qadınların gecə işləməsinə qoyulan məhdudiyyətlər də aradan qaldırılıb".
S.Bağırlı vurğulayıb ki, Dünya Bankı bu təkmilləşdirmələri Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində icra olunan Gender Məsləhət Xidmətləri proqramı vasitəsilə dəstəklənib: "Peşə seqreqasiyası qlobal miqyasda davamlı çağırış olaraq qalır və qadınlar yüksək maaşlı işlərdə az təmsil olunurlar. Bu zəif təmsil olunmanı aradan qaldırmaq təkcə ədalət məsələsi deyil, həm də iqtisadi imkandır. Qadınların işçi qüvvəsində artan iştirakı məhsuldarlığı, innovasiyaları və ÜDM-i artıraraq əhəmiyyətli iqtisadi qazanclar gətirə bilər".
AZTAF Əmək Məcəlləsinin islahatlarını dəstəkləməklə Azərbaycan hökumətinə gender əsaslı peşə seqreqasiyasını həll etməyə kömək edib və işçi qüvvəsində gender fərqini azaltmaq üçün pilot dövlət müəssisələri kimi seçilmiş "Azərbaycan Dəmir Yolları" və "Bakı Beynəlxalq DənizTicarət Limanı" QSC-lərlə əməkdaşlıq edib.
Tədbirdə AZTAF çərçivəsində Dünya Bankının hazırladığı “Azərbaycanda qadınların məşğulluğu qarşısında maneələrin aradan qaldırılması” adlı yeni hesabat təqdim olunub. Bu hesabata adları çəkilən səhmdar cəmiyyətlərinin dərin gender qiymətləndirmələrinin əsas nəticələri, habelə qadınların işə qəbul, inklüzivlik, karyera yüksəlişi və liderlik imkanları ilə bağlı qarşılaşdıqları məsələlər daxildir. O, siyasətçilər və işəgötürənlər üçün daha çox qadını texniki sahələrə cəlb etmək, bərabər işə qəbul imkanlarını təşviq etmək, inklüziv iş yerləri yaratmaq və qadınların karyera yüksəlişini dəstəkləmək üçün konkret addımları təsvir edir. Tövsiyələr təkcə Azərbaycan üçün deyil, həm də ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sektorlarda qadınların iştirakını artırmaq məqsədi güdən digər ölkələr üçün də aktualdır. Hesabat ölkə və şirkətlər üzrə konkret məlumatları təqdim edir, Azərbaycanda ən yaxşı təcrübələri təqdim edir və irəliləyişi izləmək üçün bir sıra indikatorları təklif edir.
© Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil
13.06.2026Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb
13.06.2026“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL
13.06.2026Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin
13.06.2026Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb
13.06.2026Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL
13.06.2026BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
13.06.2026Azərbaycan nefti ucuzlaşıb
13.06.2026Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
13.06.2026Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
13.06.2026Dünya fond bazarlarının əsas indeks göstəriciləri
13.06.2026