Dubaya getmək istəyənlərin nəzərinə

Redaktor

28.02.2026 15:31
61

Dubaya getmək istəyənlərin nəzərinə

Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.

Bu barədə Valyuta.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Məlumata əsasən, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, bu gün İsrail Dövləti bəyan edib ki, ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. Yaxın Şərqdə baş verən hadisələr səbəbindən təhlükəsizlik məqsədilə bu bölgəyə daxil olan bəzi ölkələr hava məkanlarını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti sektorundan yüksək gəlirli sahəyə keçdi

28.02.2026

"Burger King" əməkdaşların davranışını süni intellektlə ölçəcək

28.02.2026

Dubaya getmək istəyənlərin nəzərinə

28.02.2026

Bakı-Naxçıvan-Bakı avtobusları fəaliyyətini dayandırdı

28.02.2026

Azərbaycanın avtomobil istehsalı 71%-dən çox artıb

28.02.2026

Bu şəxslərə inanmayın:Pulunuz oğurlana bilər - VİDEO

28.02.2026

"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək

28.02.2026

Ev tikmək istəyənlərin nəzərinə: Hansı qaydaları bilmək lazımdır? - VİDEO

28.02.2026

Tovuzda “Mercedes C180” 800 manata hərracda satışa çıxarılır

28.02.2026

Azərbaycan nefti ucuzlaşıb

28.02.2026

Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO

28.02.2026

Rəvan Əlizadəyə yüksək vəzifə verildi

28.02.2026

Bank sektorunda son 5 ildə neçə nəfər işçi işləyib? - CƏDVƏL

28.02.2026

İflasdan sonra yenidən yüksələn 8 məşhur şirkət - SƏHƏR OXUSU

28.02.2026

Süni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?

27.02.2026

"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki

27.02.2026

Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda

27.02.2026
Azərbaycanda 67 şəhərin Baş planı təsdiq olunub

Azərbaycanda 67 şəhərin Baş planı təsdiq olunub

27.02.2026

"Nvidia" bu il fərdi kompüterlər üçün öz prosessorlarını buraxacaq

27.02.2026

“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb

27.02.2026

Məzənnə

Yüklənir...