Dizayn proseslərini sürətləndirən 10 süni intellekt aləti

Redaktor

02.12.2025 21:31
1,422

Dizayn proseslərini sürətləndirən 10 süni intellekt aləti - SİYAHI

Artıq bir ideyanın vizuala çevrilməsi saniyələr çəkir. Süni intellekt dəstəyi ilə işləyən yeni nəsil dizayn alətləri həm peşəkarlar, həm də yeni başlayanlar üçün yaradıcılığı xeyli asanlaşdırır. Bu platformalar metndən vizual yaratmaq, foto və video redaktəsi, UI/UX dizaynı, 3D modelləşdirmə və çoxsaylı digər formatlarda istehsalı avtomatlaşdırır.

AI əsaslı dizayn sistemləri yalnız şəkil yaratmaqla kifayətlənmir, eyni zamanda rəng paleti seçimi, tipoqrafiya uyğunluğu, kompozisiya balansı, ölçü optimizasiyası kimi detalların da avtomatik hazırlanmasını təmin edir. Aşağıda dizayn işlərini sürətləndirən 10 əsas süni intellekt aləti təqdim olunur:

1. BrandBird

Ekran görüntülərini anında sosial şəbəkələr və landing page-lər üçün hazır vizuallara çevirir.
3D effekt, cihaz mockup-u, arxa fonlar və annotasiya alətləri bir kliklə əlavə olunur.

2. Descript

Videonu mətn kimi redaktə etməyə imkan verir.
Avtomatik transkripsiya, “filler words” silinməsi, Studio Sound təmizləmə, avatarla izahlı video yaratma kimi funksiyalarla video montajını sadələşdirir.

3. Leonardo AI

Oyun sənəti, modellər və kreativ vizuallar üçün optimallaşdırılmışdır.
İstifadəçilər öz stillərini öyrədə, fon genişləndirə və referanslarla uyumlu görüntülər yarada bilir.

4. Luminar Neo (Skylum)

Peşəkar foto redaktəsini AI ilə avtomatlaşdırır.
Sky Replacement, Portrait Bokeh, Background Removal və Focus Stacking xüsusiyyətləri ilə şəkilləri saniyələr içində yeniləyir.

5. Lummi

Foto, illüstrasiya və 3D vizuallar yaradır.
AI istifadəçi stilini analiz edir və yaradıcılıq üçün uyğun təkliflər verir.

6. Lunacy

UI/UX dizaynı üçün AI funksiyalı platforma.
Auto layout, background remover, text generator və offline iş imkanı ilə dizayn prosesini sürətləndirir.

7. Picsart

Mobil yönümlü foto və video redaktə vasitəsidir.
AI ilə obyekt silmə, arxa fon dəyişdirmə və şablonlarla sosial media üçün sürətli vizuallar yaratmaq mümkündür.

8. Playground

Prompt-la saniyələr içində logo, afişa, divar kağızı və digər dizayn nümunələri hazırlayır.
Yeni v3 modeli daha real işıqlandırma və yüksək çözünürlük təqdim edir.

9. Tripo

2D görüntünü və ya mətn təsvirini 3D modelə çevirir.
AI Texture və avtomatik rigging funksiyaları ilə oyun, XR və e-ticarət üçün 3D işlərini sürətləndirir.

10. VanceAI

Ən çox foto keyfiyyətini bərpa etmək üçün istifadə olunur.
AI Image Enhancer, Upscaler və Photo Restorer kimi alətlərlə köhnə, bulanıq və aşağı keyfiyyətli fotoları yeniləyir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...