"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

Redaktor

11.12.2025 22:21
247

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

"The Walt Disney Company" son 30 ildə həyata keçirdiyi iri həcmli satınalmalarla dünyanın ən böyük media holdinqlərindən birinə çevrilib.

Valyuta.az xəbər verir ki, şirkət animasiya istehsalından kənara çıxaraq televiziya, kino, texnologiya və rəqəmsal platformalar daxil olmaqla çoxşaxəli media imperiyasına çevrilib. Disney-in indiyədək həyata keçirdiyi ən bahalı 8 satınalma açıqlanıb.

1. Infoseek -1,77 milyard dollar

1990-cı illərin sonlarında "Disney" internet axtarış sistemi "Infoseek"i ümumilikdə 1,77 milyard dollara satın alıb.
Şirkət əvvəlcə 1998-ci ildə 43%-lik pay əldə edib, daha sonra qalan hissəni də alaraq Infoseek-i Starwave ilə birləşdirib və “Go.com” platformasını yaradıb. Bir il sonra "Infoseek" Yaponiya şirkəti "Rakuten"ə 81 milyon dollara satılıb.

2. BAMTech - 2,58 milyard dollar (nəzarət paketi)

"Disney" 2016-cı ildə "BAMTech"in 33%-lik payını 1 milyard dollara alıb, 2017-ci ildə isə əlavə 1,58 milyard dollar yatırım edərək şirkətin əsas səhmdarı olub.
"BAMTech" hazırda "Disney+" və "ESPN+" kimi platformaların texnoloji infrastrukturunu təmin edir.

3. Fox Family Worldwide – 3 milyard dollar

2001-ci ildə "Disney News Corp" və "Haim Saban"dan "Fox Family Worldwide" şirkətini 3 milyard dollara alıb. Razılaşmaya əlavə olaraq 2,3 milyard dollarlıq borcun də götürülməsi daxil idi.
Bu satınalma "Disney"in Avropa və Latın Amerikası bazarında mövqelərini genişləndirdi. Daha sonra "Fox Family ABC" "Family" olaraq rebrendinq edildi.

4. Marvel Entertainment - 4 milyard dollar

2009-cu ildə "Disney Marvel Entertainment"i 4 milyard dollara satın aldı.
Satınalmadan əvvəl "Marvel" maliyyə çətinlikləri yaşayırdı, lakin şirkətin 5 000-dən çox personajlıq kataloqu "Disney" üçün böyük imkan yaratdı. Hazırda Marvel filmləri dünya üzrə 22 milyard dollardan çox kassaya malikdir.

5. Lucasfilm - 4 milyard dollar

2012-ci ildə "Disney" məşhur "Star Wars" franşizasının sahibi "Lucasfilm"i 4 milyard dollara aldı.
George Lucas yeni trilogiyanın ssenarisini yazsa da, istehsalı Disney-ə təhvil verərək təqaüdə çıxdı. Satınalmadan sonra Disney 5 film, bir neçə serial və gələcək 10 layihənin planlarını açıqlayıb.

6. Pixar - 7,4 milyard dollar

2006-cı ildə "Disney"in "Pixar"ı 7,4 milyard dollara alması animasiya sənayesində dönüş nöqtəsi oldu.
"Pixar" satınalmadan əvvəl "Toy Story", "Finding Nemo" və "Monsters Inc". kimi filmlərlə artıq texnoloji innovasiya lideri idi. Disney və Pixar-ın əməkdaşlığı hələ 1980-ci illərdən davam edirdi.

7. Capital Cities/ABC Inc. - 19 milyard dollar

"Disney"in 1995-ci ildə Capital Cities/ABC-ni 19 milyard dollara alması şirkətin media sahəsində genişlənməsində əsas addımlardan biri oldu.
ABC 8 televiziya kanalına və 225 regional stansiyaya sahib idi və ESPN, Lifetime, A&E kimi platformalarda paya malik idi.

8. 21st Century Fox - 71,3 milyard dollar

"Disney" 2019-cu ildə "21st Century Fox"u 71,3 milyard dollara satın alaraq tarixinin ən böyük əməliyyatını həyata keçirib. Razılaşmaya Twentieth Century Fox, Fox Searchlight, FX Networks, National Geographic kimi brendlər və Hulu, Tata Sky, Endemol Shine kimi şirkətlər daxil idi. Bu satınalma ilə "Disney Kingsman", "Alien", "Ice Age", "Planet of the Apes", "Die Hard" və "X-Men" kimi məşhur franşizalara nəzarəti ələ aldı.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

Məzənnə

Yüklənir...