Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Redaktor

26.02.2026 22:21
69

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Fevralın 27-si saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq, elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Hər bir namizəd nəticələrlə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

26.02.2026

Ceff Bezos: onun ən yaxşı maliyyə qərarlarının xronologiyası

26.02.2026

Məktəbə getməyə ehtiyac qalmaya bilər: Bu süni intellekt sizin üçün hər şeyi edir

26.02.2026

Bakıda qara çörək bahalaşır: Səbəb kəpək ununun qiymətidir?

26.02.2026

Pul idarəsi qaydası həyatınızı dəyişə bilər: Şüurlu xərclər üçün 7 addım

26.02.2026

Britaniya şirkətlərə Rusiya neftini sığortalamağı qadağan etmək istəyir

26.02.2026

Azərbaycanda dollar satışı kəskin azaldı

26.02.2026

Yeni zərərli proqram təminatlarında rekord artım

26.02.2026

"Alphabet"in şirkəti "Google"un tərkibinə qatıldı

26.02.2026

"Azərişıq"dan 3 milyonluq tender

26.02.2026

"IKEA"nın 16 dollarlıq oyuncağı rekord qiymətə satılır

26.02.2026

Şirkət rəhbəri: Yerli istehsal və süni intellektəsaslı sistem kənd təsərrüfatında məhsuldarlığı artırır - MÜSAHİBƏ

26.02.2026

Bakı aeroportunun baqaj bölməsində taksi üçün ödəmə köşkləri quraşdırılıb

26.02.2026

Məcburi köçkünlərin geri qayıdışı üçün 2 milyonluq layihə

26.02.2026

Apteklərdə yoxlama aparıldı - Nöqsanlar üzə çıxdı

26.02.2026

Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR

26.02.2026

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB

26.02.2026

"Bitcoin" investorunun aqibəti necə olacaq? - Kripto bazarında "yanğın"

26.02.2026

İcra başçısı üç məmurun yerini dəyişdi

26.02.2026

“Rowspace” 50 milyon dollar investisiya alıb

26.02.2026

Məzənnə

Yüklənir...