Ceff Bezos: onun ən yaxşı maliyyə qərarlarının xronologiyası

Redaktor

26.02.2026 21:39
25

Ceff Bezos: onun ən yaxşı maliyyə qərarlarının xronologiyası

"Amazon.com" və "Blue Origin" şirkətlərinin milyarder təsisçisi Ceff Bezos varlı ailədə dünyaya gəlməyib.

Bir sıra ağıllı maliyyə qərarları onu bu gün olduğu mövqeyə – dünyanın ən zəngin insanlarından birinə çevirib. "Britannica"nın məlumatlarına əsasən, Bezosun ən uğurlu maliyyə qərarlarının xronologiyası aşağıdakı kimidir.

1986 – Universiteti bitirməsi

Bezos "Princeton University"ni elektrik mühəndisliyi və məlumat elmi üzrə iki ixtisasla, yüksək fərqlənmə ilə bitirib. Bu təhsil ona o dövrdə yeni formalaşmağa başlayan kompüter elmləri sahəsinin imkanlarından maksimum istifadə etməyə şərait yaradıb.

1994 – "Amazon"un təsis edilməsi

Bezos "Wall Street"də çalışarkən o zamankı həyat yoldaşı Makkenzi Skott ilə birlikdə onlayn kitab mağazası yaratmağa qərar verib. O, "D.E. Shaw & Co." investisiya bankında işlədiyi müddətdə internet haqqında geniş bilik əldə etmiş və onun potensialından yararlanmaq istəmişdi. Bezos və Skott "Amazon"u qarajda təsis ediblər. Şirkət ilk sifarişini 1995-ci ildə göndərib.

1998 – Kitablardan kənara genişlənmə

Kitab satışına başladıqdan üç il sonra Bezos məhsul çeşidinə CD və videolar əlavə etmək qərarına gəlib. Növbəti il o, digər onlayn mağazalara sərmayə qoymağa başlayaraq istehlakçıların günün 24 saatı "Amazon" vasitəsilə sifariş edə biləcəyi məhsul çeşidini daha da genişləndirib.

2000 – "Blue Origin"

Bezos 2000-ci ildə "Blue Origin" adlı özəl kosmik uçuş şirkətini təsis edib. İyirmi bir il sonra şirkət ilk pilotlu uçuşunu həyata keçirib. Uçuşda Bezos və onun qardaşı Mark ilə yanaşı daha iki nəfər iştirak edib.

2006 – "Amazon Web Services"

Texnologiyanın inkişafının yaratdığı imkanlardan istifadəni davam etdirən Bezos 2006-cı ildə "Amazon Web Services"i (AWS) istifadəyə verib. Hazırda AWS 30 faizdən çox bazar payı ilə dünyanın ən böyük bulud hesablama xidmətidir.

2007 – "Kindle"

"Amazon" 2007-ci ildə "Kindle" elektron oxu cihazını təqdim edib və üç il ərzində elektron kitabların satışı ənənəvi çap kitablarının satışını geridə qoyub.

2013 – "The Washington Post"

Bezos 2013-cü ildə nüfuzlu "The Washington Post" qəzetini və ona bağlı nəşrləri 250 milyon dollara satın alıb.

Bu maliyyə qərarları Bezosun fövqəladə uğurunun əsasını təşkil edib. "Forbes"un məlumatına görə, 14 fevral 2026-cı il tarixinə Bezosun sərvəti 214,2 milyard dollar təşkil edir və bu göstərici ilə o, dünyanın dördüncü ən varlı şəxsi sayılır. Onun sərvətinin böyük hissəsi "Amazon" və "Blue Origin" səhmlərində cəmlənib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

26.02.2026

Ceff Bezos: onun ən yaxşı maliyyə qərarlarının xronologiyası

26.02.2026

Məktəbə getməyə ehtiyac qalmaya bilər: Bu süni intellekt sizin üçün hər şeyi edir

26.02.2026

Bakıda qara çörək bahalaşır: Səbəb kəpək ununun qiymətidir?

26.02.2026

Pul idarəsi qaydası həyatınızı dəyişə bilər: Şüurlu xərclər üçün 7 addım

26.02.2026

Britaniya şirkətlərə Rusiya neftini sığortalamağı qadağan etmək istəyir

26.02.2026

Azərbaycanda dollar satışı kəskin azaldı

26.02.2026

Yeni zərərli proqram təminatlarında rekord artım

26.02.2026

"Alphabet"in şirkəti "Google"un tərkibinə qatıldı

26.02.2026

"Azərişıq"dan 3 milyonluq tender

26.02.2026

"IKEA"nın 16 dollarlıq oyuncağı rekord qiymətə satılır

26.02.2026

Şirkət rəhbəri: Yerli istehsal və süni intellektəsaslı sistem kənd təsərrüfatında məhsuldarlığı artırır - MÜSAHİBƏ

26.02.2026

Bakı aeroportunun baqaj bölməsində taksi üçün ödəmə köşkləri quraşdırılıb

26.02.2026

Məcburi köçkünlərin geri qayıdışı üçün 2 milyonluq layihə

26.02.2026

Apteklərdə yoxlama aparıldı - Nöqsanlar üzə çıxdı

26.02.2026

Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR

26.02.2026

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB

26.02.2026

"Bitcoin" investorunun aqibəti necə olacaq? - Kripto bazarında "yanğın"

26.02.2026

İcra başçısı üç məmurun yerini dəyişdi

26.02.2026

“Rowspace” 50 milyon dollar investisiya alıb

26.02.2026

Məzənnə

Yüklənir...