Redaktor
Deputat: "Azərbaycana turist axının azalması araşdırılmalıdır"
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Azərbaycanda gələn il dövlət büdcəsindən beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılacaq. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır. Hökuməti ötən illə müqayisədə turistlərin sayının azalması narahat etməlidir. Əgər bu ilin 10 ayında ölkəmizə 2 milyon 171 min turist gəlibsə (illik müqayisədə 1,7 % az), bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib (2 dəfə çox). Bunun səbəbləri araşdırılmalıdır", - deyə o qeyd edib.
"Azərbaycan ilk növbədə çalışmalıdır ki, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın. Eyni zamanda araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina eləyirlər. Bu, həm də bizdə xidmətlərin baha olması ilə bağlıdır. Təyyarə biletlərinin, ictimai-iaşə obyektlərindəki xidmətlərin qiymətləri çox yüksəkdir. Azərbaycanda ucuz hotellər yoxdur. Bu da turistlərin sayına birbaşa təsir edir. Hesab eləmirəm ki, biz yerli hotelləri büdcədən ayrılan vəsaitlə - beynəlxalq tədbirlər keçirməklə dəstəkləməliyik".
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026