Redaktor
“Çox yaxın zamanda onlayn mağaza açmaq məhdudlaşdırılacaq”
"Çox yaxın bir zamanda, hətta bir il belə keçmədən dünyanın ən böyük şirkətləri və rəqəmsal ticarət platformaları insanların onlayn mağaza açmasını çətinləşdirəcək, daha sonra isə ciddi şəkildə məhdudlaşdıracaq"
Valyuta.az xəbər verir ki, bunu Qızıl və valyuta bazarı üzrə mütəxəssis İslam Memiş sosial şəbəkə hesabında bildirib.
Ekspertin sözlərinə görə, qlobal ticarət etmək istəyən sahibkarlar artıq indidən rəqəmsal mağazalarını qurmalı və hazır vəziyyətdə saxlamalıdırlar: “Dünyaya ixrac və qlobal ticarət üçün mağazalarınızı bu gündən hazırlayın. Onlayn mağazalarınızı mümkün qədər tez açın. Çünki çox yaxın zamanda onlayn mağaza açmaq həm çətinləşdiriləcək, həm də məhdud sayda olacaq".
“Bir müddət sonra rəqəmsal mağaza açmaq üçün ciddi məbləğlər ödəmək lazım gələcək. Rəqəmsal mağazalar yüksək dəyərə malik olacaq və hər kəs istədiyi vaxt mağaza aça bilməyəcək", - deyə o bildirib.
Ekspert sahibkarlara xəbərdarlıq edərək bildirib ki, hazırda onlayn mağaza açmağın ən əlverişli dövrüdür:
“Bu gün açacağınız bir onlayn mağaza ilə dünyanın hər yerinə ticarət edə bilərsiniz. Üstəlik, məhsulu əvvəlcədən alıb stok saxlamağa ehtiyac yoxdur. Ağıllı sahibkarlar Çindəki məhsulu birbaşa rəqəmsal mağaza vasitəsilə Avropaya, Amerikaya və Türkiyəyə sata bilirlər. Depo kirayəsi yoxdur, əlavə xərc yoxdur. Pul qazanmaq bu qədər asandır”.
İslam Memiş əlavə edib ki, təkcə mağaza açmaq kifayət etmir - sahibkarın satdığı məhsul və ya sahə barədə bilik sahibi olması şərtdir:
“Mağazanı açmaqla iş bitmir. Bir sahə üzrə bilik, bacarıq, strategiya olmalıdır. Əgər heç bir bacarığınız yoxdursa, heç olmasa Çindən məhsul alıb Avropaya, Amerikaya sataraq aradan qazanc əldə edin. Bunu da edə bilməyənlər isə vaxt itirməsin”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDövlət Vergi Xidmətinin milyonluq layihəsini udan şirkət məlum oldu
06.03.2026Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
06.03.2026
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
06.03.2026
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?
06.03.2026Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu ®
06.03.2026“Bakı Mühəndislik Universiteti” 386 minə aviabilet alır
06.03.2026Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
06.03.2026DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
06.03.2026
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
06.03.2026Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
06.03.2026Azərbaycanın Türkiyəyə neft ixracı 4,8 dəfə artıb
06.03.2026
"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
06.03.2026
“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”
06.03.2026Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı
06.03.2026